Ay mənsiz bir gün dözməyən!
İllərdir necə dözürsən?
Qollarımı vətən sayan,
Yad əllərdə nə gəzirsən?
Pəncərəmdə sarı işıq
Sönməyən günəşin idi,
Zülmət səmalarda indi
Qanad çalıb nə süzürsən?
Mənsiz “ölən” sən deyildin?
“Mənsiz qəlbin qəm yeyirdi!”
Mənsiz günün gün deyildi!
Günü günə nə düzürsən?!