Gizli sevgim
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 18:23 11 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Onu sevdiyimi heç özü də bilmirdi. Heç bildirmirdim də. Hər dəfə dostumun israrı ilə evə qonaq kimi gəlirdim. Onun saf təbəssümündə sanki bir ilahi güc vardı. Ya da ki parlaqlığına bircə qram da olsun şübhə edilməyən gözlərindəki dərin həyat sevgisi. Nə vaxt ona aşiq olduğumun dəqiq tarixçəsini xatırlayıram. İlqar nişanlı vaxtında Fəridəni mənimlə tanış etmişdi. Soyuq qışda olmuşdu bu tanışlıq. Üçümüz də kafedə əyləşib isti qəhvələrimizi içirdik. İlqara paxıllığım tutmuşdu o an. Söhbət nişanlısının gözəlliyindən getmirdi. Mən "qadın sərrafı" olduğum üçün ondan da gözəl qadınları görmüşdüm. Amma... Hm! Necə deyim axı?! Bax, əsas məsələ də elə budur! Mən söz tapmıram. Fəridədə elə bir özəllik var idi ki...Güclü auraya sahib idi. Maqnit kimi cəlb edirdi. Yüksək mədəniyyət, əsrarəngsiz etika...Düzdür, çalışırdım ki, bunu heç kəsə bildirməyim. Amma gecələrimi keçirtdiyim qadınlarda "o"nu arzulamaqda özümü əngəlləyə bilmirdim. Artıq əvvəlkitək həzz dolu anlar yaşamaq hüququndan məhrum olmuşdum sanki. Axı niyə?! Bu sual məni düşündürməkdən dəli edəcək axırda. Gizli və qarşılıqsız sevməyin nə olduğunu indi anlayırdım. Valideynlərimlə hər gün danışarkən anamın səs tonundan nəyisə azacıq da olsa sezə biləcəyində narahat olurdum. İstəmirdim ki, kimsə bilsin.İlqarla bir holdinqdə çalışmağımın özü də işgəncə idi mənim üçün. Bəzən ona elə güclü paxılığım tuturdu ki, lap indicə onu öz əllərimlə boğmaq istəyimi güclə basdırırdım içimə.  İşdən çıxıb gecə klublarının birinə yollanaraq sərt içki sifarişini ard-arda verirdim. Hər səhər yatağımda yad qadınla oyanıb onu xatırlayarkən sadəcə gülümsəyirdim. Elə yataqdaca siqaretimi yandırıb tüstünü buraxanda sifəti onların arasında canlanırdı. Kədərli gülümsəmə. Əlimdən başqa nə gəlirdi axı?!...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+12=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0408 saniye