İçimi içindən yeyən arzular
Qorx, bir gün yığışıb canımı üzə,
Neyləyim, bu könül səni arzular
Bax, nələr gözümdə çıxıbdı üzə...
Demirəm, özünü gəl unut tamam,
Bunu istəmirəm, mümkünsüz, tamam,
Səndən istəmirəm bir baxış tamam,
Gözucu bir nəzər ayıbmı üzə???
Gör işin harası, dil açıb Ustac,
Xəfif təbəssümə qalıbdı möhtac,
Əlacı onadı eləyib merac,
Günəşin səmt tutub, yön alıb üzə...
24.05.2015 / Bakı