Gördüm
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 23:05 07 mart 2015 tarixində əlavə olunmuşdur

Dünya, sənə lənət ki, belə anını gördüm.

Alçaqlığı əks etdirən dövranını gördüm.

 

Lənət oxuduq şamu-səhər şeytana, amma

Şeytanı belə mat qoyan insanını gördüm.

 

Həqiqətin iki üzü varmış - deyə duydum,

Doğru üzünü görmədim, yalanını gördüm.

 

Tülkü başa keçdi, qudurub aslana döndü.

Çaqqalara möhtac olan aslanını gördüm. 

 

Gərçi bu söz heyvanlara təhqir çıxacaqdır:

- İnsan donuna girmiş çox heyvanını gördüm.

 

İnsanlığı bayraq tutaraq göz bəzəyənin,

Nə mənliyini, nə də ki vicdanını gördüm.

 

Cinan, bunu dərk et, pozulub qanuni-qayda,

De, hansı işin ədalət mizanını gördüm?

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+32=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0301 saniye