Görən...
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 20:46 23 aprel 2014 tarixində əlavə olunmuşdur

Görən...

 

Dirəndi tənhalıq üzümə yenə

Ömür qapısını açımmı görən?!

Əzrayıl libaslı qonaq əlindən

Baş alıb dünyadan qaçımmı görən?!

 

Gözümə zillənən kədər deyilmi?

Hardan tapdı yenə mənim izimi,

Sənmi qarışdırdın, yoxsa talemi

Hansınız ağartdı saçımı görən?!

 

Bəxtim yenə seçdi qara boyanı,

Bənzətdi zülmətə düzü-dünyanı,

Hicran küləkləri, həsrət leysanı

Ovuda bilərmi acımı görən?!


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+18=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0318 saniye