Görərsən
Heç kəsə gülmə ki, çörəyi yoxdur,
Dünən ac dolanan bu günü toxdur.
Dünyanın qəribə işləri çoxdur,
Şirəli üzümü cecə görərsən.
Barsız ağacdan da dərə bilərsən,
Yoxa da əl atıb, verə bilərsən.
Aləmi gözsüz də görə bilərsən,
Demə: "göz olmasa, necə görərsən?".
Yusif yoldan ötən birin səsdəsə,
Duymaz sözlərimi qəlbi xəstəsə.
Biz kimik, ey bəndə, ALLAH istəsə,
Günəşi göylərdə gecə görərsən!
Yusif Nazim Ərəbsoy