Dünya çirkab ilə doludur, dolu
Dünyanın o qədər üzün görmüşəm.
Yaxşı insanların ömrünü qısa,
Pisin pis ömrünü uzun görmüşəm.
Həyatın özünün öz axarı var,
Hər ovun, ovçunun öz şikarı var.
Varlının nə olsun dövlət-varı var,
Kasıb çörəyinin duzun görmüşəm.
Dünyada qalacaq dünyanın mülkü,
Məzara var-dövlət gərək deyil ki
Var üstə dalaşan lap düşman kimi
Bir atanın oğul-qızın görmüşəm.
Paxıllıq, xainlik əbəsdir, əbəs
Bu dünya bizlərə qəfəsdir, qəfəs
Qışda buzu belə qıymayan bir kəs,
Özü ölüb, qalan buzun görmüşəm.
Rəşad, hara gedir görən bu yollar?
Bu dərd yükü altda qırılar qollar.
Eh...Ayağımdan çox çəkib paxıllar
Səbəbsiz edilən mızın görmüşəm.
Müəllifi:Rəşad Balakənli