İntizar dumanı çöküb, gözümə,
Ruhun iztirabı hopub, üzümə,
İçimin acısı çıxıb, üzümə,
Üzüm gülər, gül üzünü görüncə....
Günlərin hamısı dandan, qüruba,
Minnət eyləyirəm, min yol turaba,
Qaçmasın ayağım altdan, iraqa,
Gözüm gülər, gəldiyini görüncə....
Zaur qalıb, bu dünyada biçarə,
Loğman, təbib edə bilmir bir, çarə,
Fələyin cidası, Vallah naçarə,
Ruhum şəfa tapar, səni görüncə....
27.08.2010 / Bakı