görünməzlər
Vüsal Oruclu tərəfindən "Hekayə" bolməsinə 22:04 22 fevral 2015 tarixində əlavə olunmuşdur

"Çox qorxuducu idi o gecə. Hava da hər dəfəkindən daha soyuq.Bəlkə də həyatımda bu qədər çətinlik çəkdiyim an olmamışdı. Amma qəti qərar vermişdim.
Danışmasam?.. Yox, ürəyim rahat olmazdı. İndi mən düşündüyümü deməli idim.."

5 Yanvar 2013.
O gün,tələbələr yaşadıqları tələbə yataqxanasında 1 aylıq təmir işlərinə görə müvəqqəti olaraq yerlərini dəyişməli idilər.Tanımaıqları yeni insanlarla tanış olmaqları da işin ən maraqlı tərəfi idi..

Bir-birindən xəbərsiz altı cavan görüşəcək bu gün.Hamı tanımadığı digər beş adamı sürətlə tanımağa çalışacaq yəqin..
Bir aylıq pulunu verdikləri oteldə ilk gecələrini keçirəcəklər.
İçlərində ən böyük Şükürdür.Həyatın onu nə qədər ağır sınaqlarda sıxdığı alnındakı qırışlardan bilinir.Danışanda tez-tez mövzuları dəyişir,bəlkə də uşağlarla daha sürətli şəkildə mehribanlıq qurmaq istəyi onu buna vadar edirdi.Orta çəkili, orta boylu ,geyimindən və davranışından fərqli birinə bənzəməyən biri idi.
Ondan yaşca biraz kiçik Orxan idi.Aramızda iki nəfərin adı Orxan olduğu üçün ona soyadı ilə müraciət edirdik "ƏLİYEV". Fuadla gəlmişdi o.İçimizdə hər hansısa bir uşağla dost olmaq kimi üstünlüyə sahib idi.İlk ünsiyyətdən səmimi insana bənzəyirdi. Amma, düşünmədən hərəkət etməsi onu bir gün uçuruma aparacaqdı.Bunu onun özünə də demişəm dəfələrlə.
Sonra Cavid var..
Cavid..
Əsl adı bu deyilmiş.Uşaq vaxtı adını ona məlum olmayan səbəblərə görə dəyişdirib ailəsi.
Hamı ilə xasiyyəti tuturdu.Və nə yalan deyim ən çox qorxduğum insan xarakteri də bu idi mənim.Söhbət əsnasında bütün fikirlərinin səninkilərlə üst-üstə düşdüyü razılıqlarından məlum olurdu.Yəni, necə ola bilər, axı, ən azından bir mövzuda fərqlənməyək bir-birimizdən-?Bəzən onu bir daşdan fərqləndirə bilmirdim,dediklərim ona dəyib geri qayıdırdı.
Fuad. Əliyevin dostu,Fuad.
Alçaq boy, orta çəkili biri idi.
Üzündə həmişə saqqal olardı.Səbəbini isə hele ki heç kim bilmirdi.
Fuadı fikirlərindən asanlıqla döndərmək mümkün idi.Ya düşündüklərini yaxşı düşünmürdü,ya da iradəsi güclü deyildi.
Qızlar barəsində çox səbrsiz idi. Bu da mənim gözümdə onu dərin göstərməyə mane olan xüsusiyyəti idi onun.

Mən xaric, dostlardan en sonuncusu Orxan idi. Əliyev ilə adaş.Kompyuterə olan marağı onu günün (oyaq olduğu hissəsinin) 70-80 faizini kompyuter masasının qarşısında keçirməyə məcbur edirdi.Düşüncələri heç də möhkəm və səmimi gəlmirdi nədənsə mənə.Ya dərin düşünməyi bacarmırdı,ya da bunu həqiqətən istəmirdi.Hazırki mərhələdə zərərsiz bir insan kimi görünürdü.
Və mən..Özümdən razı,heç kimi bəyənməyən mən..Ən azından ətrafımdakılar belə deyirdi.
Bu da mənimlə digərlərinin münasibətini get-gedə soyudurdu.

6yanvar 2013.
O gün səhər çox gec açıldı.Bilmirəm bəlkə də tanımadığımız insanların əhatəsində gecə rahat yata bilmədiyimiz üçün belə oldu.
Deyəsən, hamı mənim kimi bilmədiyi insanla danışmaqda çətinlik çəkirdi.
Şükür təxmini 2-3 saat sonra oyandı.
Oyanan kimi uşaqlarla zarafatlaşmağa, deyib-gülməyə başladı.Kənardan baxan bir insan onun bizimlə illərdir tanış olduğunu düşünərdi.

İçimizdə hər cür insan var idi.
Amma, mənim üçün ən çətini onların bir-bir mənəvi dünyasını kəşf etmək, kimin necə insan olduğunu tapmaq idi.Onlarla get-gedə yaxın olmaq ən ağıllı yol kimi gəlirdi mənə. İnsan ona yaxın olan insandan özünü daha az gizləyə bilir,axı.Amma,yenə də hər ehtimalda səbrli olmaq vacib idi.
21yanvar 2013.
Artıq, uşaqlarla tanışlığın iki həftəsindən çoxu arxada qalmışdı.Hər biri yavaş-yavaş istər-istəməz özlərinin necə insan olduğunu bildirirlər digərlərinə (içi mən qarışıq). Əslində mənəviyyatımla tam olaraq üst-üstə düşən biri yox idi aramızda.Bir az Şükürün mənimlə uyan bir insan olduğunu hiss edirdim.
Digərləri üçün niyə sevimli bir insan, dost ola bilmədiyimi özüm də bilmirəm.Bəli, insan öz düşüncəsində düzgün olmayan insanı sevmir.Və ən bərbad hal da bilirsizmi nədir?Doğru yolda olmayıb olanlara da mane olmaq.
(Əslində,orda olduğumuz zamanlar mənim üçün özümə yeni bir əhatə qurmaq o qədər də vacib deyildi)

Həyatımız boyu qarşımıza yaxşı və pis insanlar çıxa bilər.Sözün düzü pis insanın necə olduğunu da bilmirəm.Amma, bizə öyrədilən "yaxşı deyilsə,deməli pisdir" prinsipi, 'pis insan'ı tapmaqda kömək edir bizə..
3fevral 2013.
Havalar getdikcə soyuyurdu.Günlərlə aralıqsız yağan yağış öz yerini şiddətli qara vermişdi.
Axşam yeməyinə yığılmışdıq hamımız,ənənəvi olaraq Şükür bişirmişdi yeməyi.
Hamı stolun ətrafında idi.Birlikdə yaşadığımız toplumun dağılması yaxınlaşdıqca, uşaqların arasında qurulan süni mehribançılıq da yavaş-yavaş sonlanırdı.
Kiməsə,nəyəsə görə qurulan səmimiyyət.. İnsanın gücsüzlüyü..
Bir saatdan sonra demək olar ki, hamı yeməyini bitirmişdi.Heç kim danışmaq istəmirdi.Mətbəxdə,küçədəki soyuq və iti küləyin səsindən başqa səs eşidilmirdi.
Ertəsi gün saat 07:00
Mətbəxdən qab-qacaq səsləri gəldi. Yatağımdan qalxıb sürətlə mətbəxə keçdim. Cavid imiş.Salam verenden sonra yanındakı boş stulda oturdum.Heç söhbət eləmək istəmirdim.Deyəsən o, da.Stekanına süzdüyü çayı üfləyə-üfləyə içirdi.Gözləri də yol çəkirdi nədənsə.Qalxıb yenidən otağa keçmək istəyəndə arxadan Cavidin səsi eşidildi :
'- Vüsal?!'
Geriyə dönüb
'-Bəli' dedim..
'-Səninlə bir az söhbət eləyə bilərəm?'
Bir neçə saniyə əvvəl qalxdığım stula əyləşdim yenə.
'-Bilirsən, son günler çox kefsizəm.Heç nəyə həvəsim yoxdur.Səbəbini səninlə bölüşmək istədim.Əger heç kimə deməsəm içimdəki ağrı heç keçməyəcək..
Qardaşım..
Qardaşım, çox ağır xəstədir.Müalicəsi külli miqdarda vəsait tələb eləyir.Və mən nə edəcəyimi bilmirəm.Əvvəllər bir iş tapıb işləmək istəyirdim.Sonra bunun nə qədər məntiqsiz fikir olduğunu anladım.Vüsal,çox çıxılmaz bir vəziyyətdəyəm.Qardaşımın göz görə-görə ölümünə şahid oluram..'
Gözləri dolmuşdu ..
Nə deyəcəyimi bilmirdim.Əlimi yavaşca çiyininə qoydum:
'-Səbrli ol, bir şey fikirləşərik.Ola bilməz ki, bu işin bir çıxış yolu olmasın.Olmadı uşaqlarla pul yığarıq qardaşın üçün, o da az olsa, bütün dost-tanışlarımızdan pul istəyərik..'
Cavidin gözündə bir boşluq yaranmışdı.
'-Mümkün deyil..
Çox pul lazımdır.. Lap çox!'
İnandığım tək şey insanı həyata ümidlərinin bağlamasıdır.Cavid o gün ümidlərini itirmişdi.Ona necə təsəlli verəcəyim barədə heç bir fikirim yox idi.Və bilirdim onu,onun qədər başa düşə bilməzdim mən.
Əlimi çiynindən götürüb stuldan qalxdım.Otağa tərəf gedəndə arxadan həzin və titrək bir səs eşidildi:
'-Vüsal, öz aramızda'
Günlərlə radioda,televizorda eşidib əhəmiyyət vermədiyim buna bənzər hadisələr düşürdü yadıma.Kiminsə çətin günündə ona əl tutmayan insan, bu hadisə onun başına gələndə hamıdan kömək gözləyir.Və ən qorxuducu tərəfi də,insan bu cür şeyləri,özü yaşamayana qədər anlamır.
Yataqda uzanıb fikirləşməyə başladım.Necə ola bilər,axı,heç bir halda Cavidə kömək edə bilmərik?Bu söhbəti hamıya deyəcəm,bəlkə uşaqlar bir şey tapdılar.Bəlkə kiminsə ailəsinin ona kömək etməyə gücü çatır?
Amma, onun son cümləsi yadıma düşdü.
'-Vüsal,öz aramızda'
Niyə məhz mənə demişdi ?Niyə digərləri yox,mən?Bəlkə də həmən an onun yanında kimin olmağının heç bir fərqi yox idi onun üçün.Amma, ya belə deyildisə?Ya məndən kömək gözlədiyi üçün danışmışdısa mənə?O səhər bu çətin düşüncələrlə yuxuya getdim.
Oyananda saat 17:50 idi.
4fevral..Tanışlığımızın, dostluğumuzun və "mehribançılığımızın" son gecəsi. Saatın əqrəblərinin bizim yollarımızı ayırmağa veriyi hökm artdıqca, otağdakılar bir-birlərinə gələcəklə bağlı arzular etməyə başlamışdılar.Həmişəki kimi sakit şəkildə olanları izləyirdim.Amma, o gecə otağda hürküdücü bir durğunluq hökm sürürdü..
İlk dəfə idi ki,mən Şükürü bu qədər fikirli və kefsiz görürdüm. Fuad danışırdı:
'-bu gün bir yerdə olduğumuz son gecədir. Sizə həyatınızda uğurlar arzu edirəm.İnşallah bütün ümidləriniz həyata keçər.'
Ümidləriniz..
Bu söz dəfələrlə təkrarlandı o an qulaqlarımda.Gözümün ucu ilə Cavidə baxdım.Ümidini itirmiş insana deyilə biləcək ən son arzular idi bəlkə də bunlar..
Əliyev gülə-gülə əlavə elədi :
'-İnşallah hamımız gələcəkdə yüksək vəzifələr tutub,ailəmizin başını aşagı eləmərik.'
Orxan ,Əliyevin sözünü kəsib :
'-Bunun üçün oxumaq lazımdır, day bizim kimi avaralanmaq yox.'
Əliyev:
'-Sən də öldürmüsəne.Cavan uşaqlarıq, avaralıq eləməliyik də'
Bəlkə də hamının onun kimi düşünməsini istəyirdi,o. (Əliyev bir gün insanların ona qarşı çıxa biləcəyini qəbul eləmirdi nədənsə.Bəlkə də bu,öz gücünü ve qüdrətini göstərə bilməyən həmən insanların günahı idi..)
Otağdakı söhbətlərdən xüsusi zövq alırdılar.Deyib-gülürdülər,kefləri yerində idi.
Ən gözləmədiyimiz anda,ən gözləmədiyimiz insan söhbətə qoşuldu.
Şükür:
'-oxumaq.. oxumaq..'
Gözlərini döşəmənin eyni yerinə dikib sözlərini bir neçə dəfə təkrarladıqdan sonra:
'-Bilirsiz,siz hələ heç nəyi başa düşmürsüz.
Nə elədiyinizi və nə etməli olduğunuzu.
Atam.. Mən onu tanıyan gündən fəhləliklə saxlayır ailəmizi.Anamsa biraz atama kömək eləmək,biraz da ailəmizin yaşamını rahatlaşdırmaq üçün tanımadığı insanlar üçün xadiməlik edir.Bu sizin üçün adi bir şey kimi gələ bilər.Amma, bu hissin nə qədər bərbad bir hiss olduğunu başa düşə bilmərsiniz.Valideyininizin çörək pulu üçün zaman-zaman özündən qat-qat aşağı insanların qarşısında çalışması,zaman-zaman zərrə qədər insanlığı olmayanlardan danlaq eşitməsi heç vaxt sizin üçün adiləşə bilməz.'
Biraz ara verdikdən sonra :
'-İndi siz cavanlıq deyirsiniz.Həyatım boyu o barədə düşünməmişəm.Mənim oxuyub,savadlı biri olmağım üçün öz cavanlıqlarını qurban verən,yağışda,qarda hansısa imkanlı bir insan üçün tikilən binaya üşüyən əlləri ilə kərpic yığan atanın,vəzifəli birinin,ayağlarını üst-üstə aşırıb oturan həyat yoldaşının işlərini görən alnı qırış-qırış,ağ saçlı ananın üzünə baxa bilməyəcəyim üçün..'
Bizim üçün zaman dayanmışdı.Kiçik otağımızın pəncərəsinə toxunan yağış damlaları,sanki,hər keçən saniyə şiddətini artırırdı..
Mən o gecə həyatın nə demək olduğunu anlamışdım,deyəsən.Məsələ,əslində baxdığın yer yox, görmək istədiyin yer imiş.
Kiçik bir işığı izləyib,sonda aydınlığa çıxmaq..
Başa düsməyənlərdən ayrı,Allahla dost olmaq..
Ertəsi gün otelin qabağında uşaqlarla vidalaşdıq.Hamısı yarımçıq qalan işlərini bitirmək arzusu ilə tanımadığım insan çoxluğuna qoşuldu.Və mən o gün xasiyyətlərinə öyrəşə bilmədiyim,özümə yaxın hiss etmədiyim o, beş insan üçün darıxmışdım..
O gündən bəri onları nə gördüm,nə də onlar haqqında bir şey eşitdim.Nə Cavidin qardaşının başına gələnlərdən, nə də Şükürün həyatının necə davam etməsindən.Bəlkə də həyatın bizi bir araya gətirmək niyyəti bizə anlamaq istəmədiklərimizi başa salmaq idi.
Bu gün hamı üçün həyat davam edir..
Əliyevlə Fuad yenə dostdurlar.
Cavid itmiş ümidlərini axtarır.
Şükür bütün çətinliklərin qarşısında həyatına davam edir.
Orxan yenə saatlarla kompyuterin qarşısında oturur.
Və..
Və mən..
Bilmirəm..

Vüsal Oruclu
15-18 yanvar 2015 (Riga) 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+24=
Hesaba giriş
Müəllif

Vüsal Oruclu
Əlaqə
Tel.:
+37120580770
E-mail:
vusalorujlu@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye