GÖRÜRƏM
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 00:27 09 dekabr 2014 tarixində əlavə olunmuşdur

Bilimrəm nə dərddi düşmüşəm Allah,

Hər gecə yuxuda ölüm görürəm.

Ağ kəfən geyinib ölmüşəm Allah,

Önümdə bir sürü adam görürəm.

 

Biri qəbir qazır, biri ağlayır,

Çoxu sakit durub, kirmiş ağlayır,

Hətta taleyim də mənə sızlayır,

Bu gün bu dünyanı talan görürəm.

 

O dünya necə də maraqlı imiş,

Hər küncü bir tanış, bir qohum imiş,

Dünyada hər addım bir bədəl imiş,

Necə həyatları viran görürəm.

 

Kimini dilindən asıbdı Allah,

Kiminin əlini alıbdı Allah,

Kiminin belini bükübdü Allah,

Peşman ürəkləri yanan görürəm.

 

Önümdə qapılar düzülür mənim,

Əməlim əlimdən süzülür mənim,

Ürəyim od kəsir, tökülür mənim,

Ağlını nəfsinə satan görürəm.

 

Haqqın sədaları hər yerə yayqın,

Kiminin bu nurdan gözləri bayqın,

Əhli – beyt dostları bir başqa sayqın,

Qəlbləri eşq ilə anan görürəm.

 

Ayılıb yuxudan şükr edirəm mən,

Yaxşı ki bu gün də ölməmişəm mən,

Günahı çiynimdən silməmişəm mən,

Belə getsə halım, yaman görürəm.

 

Bəsdir yeridiyim, yüyürüm gərək,

Tövbəni ruhuma bürüyüm gərək,

Iblisi yaxşıca sürüyüm gərək,

Yoxsa bu ömrümü talan görürəm.

 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+17=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.024 saniye