Göstərin ol yarı kim, qəlbimə sultan olacaq....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 20:29 29 may 2016 tarixində əlavə olunmuşdur

Göstərin ol ya"rı kim,qəlbimə sultan olacaq,
Bağlayın yarələrim,dərdimə dərman olacaq.
***
Öz gülündən ayrı düşmüş bülbülün əfğa"nına,
Ahu-zar etməyinə kimdənsə fərman olacaq?
***
Ol gülün naz etməyindən yox şikayət kimsəyə,
Çün bu gündən çəkdiyim dərdlərim pünhan olacaq.
***
İxiyar olsaydı mən bir də gələrdim cahanə,
Gərçi gəlsəm,bilirəm,günlərim əfğan olacaq.
***
Öyrədib sevmək nədir mən binəva a"şüftəyə,
Günbəgün artır məlal,halım pərişan olacaq.
****
Bəsdir artıq istəməm vəslin yarın,gər istəsəm,
Vəslinə yetmək üçün canım da qurban olacaq.
**** 
Mən günahsız Mövludun möhnətini az bilməyin,
Yoldadır qəm karvanım,kim ona sarvan olacaq?

23.07.2014.Zərdabi.Mövlud Ağamməd.

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+17=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0315 saniye