GÖY TANRIYA SEVGİLƏRLƏ...
Elşən İsmayıl tərəfindən "Şeir" bolməsinə 15:06 21 yanvar 2018 tarixində əlavə olunmuşdur

GÖY TANRIYA SEVGİLƏRLƏ...

 

Əlimdə var Göy bayraq,

Başım üstə Göy tanrı,

Dilim Göytürk dilidir!

Nə xəyaldır, nə sanrı,

Fikrim Türklük üçündür!...

 

Uca Tanrı Turanı

Atama miras etdi,

Atam qurdu dövlətin

Dünyanı xilas etdi

Zalımların zülmündən.

Gərək davam edim mən

Atamın niyyətini...

 

Var edim Türküstanı,

Birləşdirim Turanı,

Savaşım Göy bayraqla...

Ey Türk, gəl bir varaqla

Şanlı tarix səhifəni,

Bil, əzəl bir ülkü

Səni hər an gözləyir...

 

Qılıncım elmim olsun,

Sazım, sözüm inancım,

Əllərim Göyə doğru,

Mən Göy üçün yarandım...

 

Dərvişlər doğru söylər,

Bu dünya fani dünya,

Əzəl olan Tanrıdır,

Onun ruhu Turandır...

 

Tanrı üçün savaşaq,

Biz ədalət gətirək

Yerüzünə, cahana.

Türklük üçün çalışaq,

Başqa nə məqsəd daha

Bizə gərəklidir ki?!

Göy tanrının ruhu var

Şahı-mərdanımızda,

Onun eşqi bəs edər

Türkə, Turanımıza...

 

Ismim Elşəndir mənim,

Soyum Ismayıl soyu,

Ruhən Dərviş, Şamanam,

Türklük üçün yanaram

Hər an, hər bir zamanda,

Düşmən ağlar, aman da

Diləyər adım üçün...

 

Varam Azərbaycanım,

Bir də Turanım üçün,

Dua təki söylərəm

Əlim Göyə, günbəgün:

- Türkü qoru, ey Tanrı,

Qoru, ucalt ki, hər an

Göy bayraqla durmadan

Sənin üçün çalışıb

Sülhü bərqərar etsin,

Zalımları məhv edib

Məzlumları yaşatsın!...

 

11.01.2018

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+3=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0271 saniye