Göy üzü dururmu hələ?
Ramiz Rövşən tərəfindən "Şeir" bolməsinə 15:55 29 may 2014 tarixində əlavə olunmuşdur

Çoxdandı göyə baxmıram,
Göy üzü dururmu hələ?
Buludu, günəşi, ayı,
Ulduzu dururmu hələ?

Tüstüdən qaralmayıb ki?
Quşları qırılmayıb ki?
Allahı yorulmayıb ki?
Bəndəsi dururmu hələ?

...Ölümdən qoçaq çıxmışam,
Dilimdə "ALLAH" çıxmışam,
Bu gecədən sağ çıxmışam,
Gündüzü dururmu hələ?!


... dəfə oxunub
Qiymət: 10/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
5+8=
Hesaba giriş
Müəllif

Ramiz Rövşən
Haqqında
Ramiz Rövşən 1946-cı il dekabr ayının 15-də Bakının Əmircan kəndində anadan olub. Suraxanı rayonundakı 208 saylı orta məktəbi bitirib. 1964-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, 1976-1978-ci illərdə isə Moskva ali ssenari kurslarında təhsil alıb. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 1971-ci ildə "Mozalan" satirik kinojurnalı studiyasında redaktor, 1974-1975-ci illərdə kinostudiyanın ssenari emalatxanasında ssenarist, 1979-1987-ci illərdə ssenari redaksiya heyətinin üzvü, 1987-1992-ci illərdə kinostudiyanın baş redaktoru işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzində çalışır. Bir neçə şeir kitabının müəllifidir. Ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri keçmiş SSRİ-nin bir çox dillərinə tərcümə edilib, ABŞ, Almaniya, İngiltərə, Fransa, Polşa, Bolqarıstan, Türkiyə və İranda çap olunub. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.
Əlaqə
E-mail:

Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0322 saniye