Göyərçin
cəmilə tərəfindən "Hekayə" bolməsinə 22:02 03 iyul 2014 tarixində əlavə olunmuşdur

-Bunu sənə 12 yaşlı Nərminə yazır, kiçik "göyərçinim".Adını "göyərçin" qoymuşam.Bilmirəm düzü niyə.Birgün mən də uçacam başqa bir dünyaya.Deyirlər ki cənnətə gedəcəm.Balacayam hələ.Ürəyim sevgiylə dolu.Allah kiçik uşaqlara qıymazmış.Ədaləti böyükmüş onun.Bəzən qorxuram onun da ədalətindən, göyərçinim.Bilmirəm ki necə olacaq?!Dünən eşitdim həkimləri.Anamla danışırdılar.Ağlayırdı anam.Ölməkdən qorxmuram.Anamın gözyaşları hərgün biraz daha məhv edir məni.Bilirsən, mən onu çox sevirəm.Sırf o gülsün deyə hər onu gördüyümdə gülürəm.Ağrısam belə gülürəm.Hərgün dua edirəm deyir anam.Bilmirlər ki, mən bir an çox yaşamaq belə istəmirəm bəzən.Çünki görürəm atamı.Hərgün nə qədər insanın əli altında əziyyət çəkir mənə görə.Anamı demirəm hələ.Bilirsən, bizim vaxtilə bir tikə çörəyimiz yox imiş.Mən bir gecə çörək deyə deyə ağlıyıb yatmışammış.Səhərsə anama küsmüşəmmiş ac yatızdırdığı üçün.Həmin gecə sən demə atam növbədə qalıbmış.Bilməmişəmmiş.Bilmirəm göyərçin.Heçnə bilmirəm.Bacım dünən yatdığımı düşünüb, gəlib mənimlə dərdləşirdi.Deyir ki, indi heçkəsə güvənmək olmur.Qorxur ki, böyüyəndə mən də belə insanlarla rastlaşam.Hə o da saçımı sığalladı.Dünən gecə onu qucaqlayıb yatmışdım.Anamın qoxusundan sonra onun qoxusu bir başqa aləmdir.Bilmirəm göyərçin.Yaşamaq bu qədər gözəlkən, niyə insanlar bir birini üzür.Niyə insanlar anlamır ki, həyatı həqiqətən haqq edən balacalar burda ölümü gözləyir,amma onlarsa bir birlərini "öldürür".Bilərəkdən özü də.Bilə bilə.Budu məni incidən.Amma birgün,sadəcə birgün gəlib yaşasalar bizimlə, anlayarlar həyatın əsl ləzzətini.Üzməzlər bir birlərini.Ağlatmazlar.Atam da hərgün dua edir, göyərçin.Amma bilmir ki, mən sırf o əziyyət çəkməsin deyə yaşamaq da istəmirəm.Birgün də Allaha əlimi açıb məni biraz daha yaşat demirəm.Görürəm çünki.Böyüyürəm.Onlar anlamasa da böyüyürəm.Kaş əlimdə olsa.Kaş ailəmin üzülməsi üçün nəsə edə bilsəm.Kaş gülüşümlə sadəcə ailəmi yox, onları da xoşbəxt edə bilsəm.Kaş bütün uşaqlar çıxsa bu xəstəxanadan.Uşaqlar ölməsə.İnsanlar bir birlərini sevsələr.Amma olmur göyərçin.Nəysə birazdan anam gələcək.Birgün uçsam məni al qanadlarına.

Bunu qızınızın əşyaları arasından tapdıq.O çox güclüymüş Sevinc xanım.O çox ağıllı qızdır.O indi cənnətdədir.

-O özü istəyib ölməyi.İnana bilmirəm həkim.

-Düzünü desəm, onun belə böyük ürəyə sahib olduğunu çoxdan anlamışdım.Hələ saçları tökülməmişdən əvvəl burda tanıdığı bir dostuna saçlarını kəsib vermişdi.

-Göyərçini sizə əmanət edirəm.Ona yaxşı baxın.

Bilirsən Nəriman, əslində o çox güclü qız imiş.O hələ də yanımızdadır.Burdadır, bu evdədir.O ölməyib əslində.O bu yazdıqlarıyla bizə həyatı öyrədib.

 


... dəfə oxunub
Qiymət: 4/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
2+29=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0283 saniye