Göz yaşı
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 02:05 02 dekabr 2015 tarixində əlavə olunmuşdur

Sevincli anlarımızda, kədərli zamanlarda göz yaşlarımızı tuta bilmirik. Səbəbləri çox dəyişik olsa da bütün bu kimi hadisələr qarşısında gözlərdən axan damlalar ruhi bir boşalma təmin edir.

İnsan ağladıqca açılır, özünü bir az daha gümrah hiss edir. Gözlərimizə davamlı gözyaşı ifraz olunur. Bu göz qırpmamız gözlərimizi qoruyur və davamlı nəmli qalmasını təmin edir. Gözümüzdə mükəmməl bir göz yaşı daşıma və boşaltma sistemi vardır. Təxmini hər 6 saniyədən bir göz qırpılması əməliyyatı təkrarlanır. Bu 60 il yaşayan bir insanın bütün ömürü boyunca 250 milyondan çox göz qırpması mənasına gəlir. Göz qapaqlarının gözə zərər vermədən açılıb bağlana bilməsi də göz yaşının yaratdığı sürüşkənlik sayəsində reallaşır. Göz yaşının 98,2 %-i sudur. Geri qalan qisimdə duzlar və organik maddələr toplanır.

Bundan başqa soğan doğrayarkən və ya manqal yandırarkən tüstünün gözümüzə qaçması nəticəsində tökdüyümüz yandırıcı göz yaşları və kədər, həddindən artıq sevinc və ya bənzəri gərginliklərimizə reaksiya olaraq tökdüyümüz ruhi göz yaşları vardır.

Ruhi ağlama mövzusunu ilk araşdıran Darvin oldu. Təbii hər şeydə olduğu kimi bunu da təkamül nəzəriyyəsinə bağladı. Ona görə ruhi reaksiya və ağlama bir davranış şəklinin bütünü idi. Təkamül müddətində mənasız bir funksiyası olan göz yaşı önə çıxdı. Göz yaşının rahatlama fuksiyasını yerinə yetirdiyi anlaşıldı.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+6=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0306 saniye