Göz yaşları irmaq ola,ümmana yetərmi,
Dərd əhli bilir dərdimi,canana yetərmi?
****
Bir çim su verib sən onu söndürməyəcəksən,
Eşqin odu,cismim yana,büryana yetərmi?
***
Hər kim ki nəzər qılsa sənin hüsnünə aşiq,
Görsəm camalın,dərdimə dərmana yetərmi?
***
Vəslin mənə yaddır,bilirəm, gəlməyəcəksən,
Gözlər gözü yoldan çəkə,mehmana yetərmi?
***
Bülbül gülə möhtac,gül isə ol çəmənindir,
Mövlud edə qurban canı,qurbana yetərmi?
23.03.2014.Zərdabi.Mövlud Ağamməd.