Göz yaşları neftə bulaşmış Xəzər, sən də mi ağlayırsan?
Sənin günahın yox, sən yaşatmadın bu acını
sən atasız qoymadın körpə balaları
sən övlad dərdi vermədin analara
sən istəmədin ata fəğanının səssizliyini duymağı
sən yandırmadın içini cavan gəlinlərin,
sən ağlatmadın dul qalmış qadınları
Yox, sən də istəməzdin bunları,
amma sənin qoynunda külləndi o adamlar
sənin dərinliyində batdı otuz evin dirəyi
səndə söndü otuz ailənin yanan işığı
səndə məhv oldu neçə ailə taleyi...
Etmə, Xəzər, bir də qoynunda ocaq qalama
yandırma ürəkləri, qovurma acı ilə içimizi
ağlatma hələ ata deməyi bacarmayan tifilləri
başsız qoyma ailələri...
Xəzər, bir də qoynunda ocaq qalama!
Aysel Abdullazadə
07.12.2015