Göz yaşlarına bürünmüş sevgi
Murad tərəfindən "Hekayə" bolməsinə 19:28 09 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Onu ilk dəfə əlinə aldıqda fərqli hisslər keçirtmişdi. Necə də balaca idi. Kiçik qulaqlar, hamar dəri, dərin qoxu onun üzündə gülüş yaratdı. Ata olmuşdu. Çox xoşbəxt idi. Qızını ilk dəfə qucağına almışdı. Əlinin necə əsdiyini aydınca hiss edirdi. Onun kiçicik barmaqlarını öpərkən  duyduğu qoxu əsl cənnət ətri idi. Tanrı onun üçün cənnətdən kiçik bir qoxu hədiyyə etmişdi o isə sevincək halda bu qoxunu içinə çəkirdi. Əslində heçnə anlamırdı. O, həyatında heç vaxt bu qədər sevinc yaşamamışdı.

Körpəsini qucağına alaraq doğum evindən uzaqlaşıb cəld avtobusa tərəf qaçdı. Həyat yoldaşı öz missiyasını yerinə yetirərək uşağı doğmuş qalanına isə qarışmamışdı. O, özü üçün azad bir həyat axtarışında olduğundan  körpəsini elə ilk doğulduğu güündən sonra ərinə verərək onlardan uzaqlaşmışdı. Fərman isə həyat yoldaşına fikir belə vermədi. O, indiki anda öz körpəsi ilə məşğul idi.

Zaman yavaş-yavaş irəlilədi. Onlar zaman ötdükcə bir-birinə alışmağa başladılar. Fərman demək olar qızının yanından heç vaxt ayrılmırdı. Yalnızca işə getdiyi zaman qızından uzaq düşürdü o an isə qızına qonşusu baxırdı. Fərmanın gərgin həyat rejimi olmuşdu. Onun beynindəki xəstəlik isə onu daha da pis edirdi. O, inkşafdan geri qalmış biri idi. 36 yaşı olmasına baxmayaraq beyni 7 yaşlı bir uşağın beyni kimi işləyirdi. Öz uşağına baxmaq üçün kiçik bir restoranda saat hesabı işləyir gününün qalan hissəsini isə qızına xərcləyirdi. Fərmanın beynində xəstəlik olsa belə hər şeyi anlayır və qızına layiqli bir ata olmaq üçün əlindən gələni edirdi.

-Pəri... Sənin adını Pəri qoydum. ...Pərilər kimi sehr saçırsan.

Dediyi sözlərin ardından gülümsəməyə başlayan Fərman qızının yanağından öpdü. Qızının cəmi 2 yaşı var idi. Yalnız gülümsəmə ilə atasına cavab verə bilmişdi.

Zaman ötdükcə Pəri böyüməyə və daha da gözəlləşməyə başladı. Sarışın, qırmızı yanaqlı Pəri hər gülüşündə yanağındakı batıqların hesabına daha da şirinləşirdi. Fərman qızına əsl sevgini göstərə bilmişdi.

-Ata...İşıldayan gözlərlə üzünü atasına tutaraq sözə başladı. Nəyə görə qəribəsən? Məktəbdəki uşaqlar da sənin qəribə olduğundan danışırlar? Pəri qəmgin halda üzünü atasına tutmuşdu.

-Necə yəni qəribə? Fərman dediyi sözlərin ardından gülümsəməyə başladı.

-Bilmirəm ancaq özüvü uşaq kimi aparırsan.

-Mən..Mən bilmirəm ama səni çox sevirəm.

Fərman əslində nə dediyini özü belə anlamırdı. Daha sonra özündən asılı olmadan gözlərindən yaş gəlməyə başladı. Bunu görən Pəri dərhal atasını qucaqlamağa başladı.

-Mən heç kimə fikir vermirəm. Sən mənim hər şeyimsən! Pəri dediyi sözlərin ardından  kiçik əlləri ilə atasının göz yaşlarını silməyə başladı.

Yanvarın 27-si ilk dəfə Fərman öz qızı üçün surpriz ad günü Party-si hazırlamışdı. Pəri artıq 8 yaşına qədəm qoyurdu. Fərman həyəcanlı formada Pərinin bütün dostlarını bir otağa yığaraq qızının gəlişini gözləyirdi. Şarlar və zərlərlə bəzədilmiş otaq hər bir uşaq üçün ilk baxışdan maraq doğuran formada idi. Otağın içi hədiyyələrlə dolu idi.

-Doğum günün mübarək əzizim. Pəri otağa daxil olan an atası elə onun qarşısına çıxaraq qışqırıqlarla qızını təbrik etdi. Daha sonra isə Pərinin sinifyoldaşları, dostları onu təbrik edərək hədiyyələrini təqdim etdilər. Fərmanı bu anda da göz yaşları əhatəsinə aldı. O, qızının üzünə baxaraq onu nə qədər çox sevdiyini söylədi. Pəri daxilən atasından aldığı əsl sevgini hiss edə bilmişdi. Elə orada da Fərman kiçik yaşlı uşaq kimi hərəkətlər etsə belə Pəri artıq buna önəm vermədən atasını nə qədər çox sevdiyini düşünürdü.

İldırımın güclü çaxmasından sonra yağış damlaları da güclü yağmağa başladı. Pəri atasının qoynunda uzanaraq atasının oxduğu nağıla qulaq asırdı.

Onlar meşəyə getdilər. Hər şey çox gözəl idi. O, hıç..hıç...hıççç.. Fərman nə qədər cəhd etsə belə kitabda yazılan sözü oxuya bilmədi. İnkşafdan qaldığı üşün qəliz kəlmələri oxumaq ona hər zaman çətinlik törədirdi. Çoxlu cəhdlər etsə belə həmin kəlməni söyləyə bilmədi.

-Pəri bağışla. Hamı kimi ola bilmədim. Başqa atalar kimi deyiləm.

 Fərman üzünü sola çevirərək göz yaşlarına boğuldu. Pəri isə yenidən kiçik əlləri ilə atasının üzünü özünə tərəf çevirərək onu nə qədər çox sevdiyini söylədi.

-Pəri onda sən oxu bu nağılı. Fərman bərkdən gülərək nağıl kitabını qızına uzatdı.

-Ata, mən oxuya bilmərəmn. Pəri üzgün halda atasına baxdı.

Niyə? Fərman təlaşla üzünü qızına tutdu.

-Sən axı oxuya bilmirsən deməli məndə oxuya bilmərəm.

-Yox! Sən oxuya bilərsən. Keçən səfər oxumuşdun. Axı sən oxuyanda mən xoşbəxt oluram. Fərman göz yaşları içində son sözlərini dedi.

Pəri atasının göz yaşlarına tab gətirməyərək kitabı əlinə alaraq oxumağa başladı.

Onlar meşəyə getdilər. Hər şey çox gözəl idi. O, hıçqırıqlara boğularaq.

Fərman sevincək halda gülümsəyərək əl çalmağa başladı. Pəri isə atasının xoşbəxt olduğunu görüb o da gülümsündü ancaq daxilən göz yaşlarını saxlaya bilmirdi.

Zaman keçdi Pəri daha da böyüdü. Böyüdükcə ağlı da onunla birgə böyüyür, inkşaf edirdi. Fərman isə elə 7 yaşında bir uşaq kimi qalmışdı. Ancaq o zamanın demək olar bütün hissəsini qızı ilə birgə keçirdir ona əsl sevgisini göstərirdi.

-Fərman bəy, bağışlayın ancaq qızınızı sizdən almaq məcburiyyətindəyik. Sİz bu cür ağılnan ona baxmaq iqtidarında deyilsiniz. Qızınızın artıq 15 yaşı var, zaman keçdikcə daha da böyüyəcək ağlı daha da artacaq siz isə ağıldan geri qalmısınız bu şərtlər altında qızı normal bir ailəyə verməliyik. Hakimin çıxışına diqqətlə qulaq assa belə nə demək istədiyini tam anlaya bilmədi.

-Axı nə demək istəyirsiz? Fərman həyəcan içində danışmağa başladı. Mənki onu sevirəm! Onu heç kimə vermərəm. Artıq Fərman özündən asılı olmadan qışqıraraq danışmağa davam edirdi.

-Fərman bəy anlayırıq ancaq qayda budur. Siz bu ağılnan qızınıza baxa bilmərsiniz. Hər şey sevgi ilə ölçülmür. Bİr müddətdən sonra o universitetə daxil olacaq orada ona kömək lazım olacaq siz isə 7 yaşlı bir uşaq ağlındasınız bu necə olacaq? Daha sonra iş həyatında belə qızınıza kömək edə bilməyəcəksiniz. Fərman göz yaşları içində hakimin səsini kəsərək danışmağa başladı.

-Yox! Mən ona sevgi verirəm. Sizlər nə qədər ağıllı olsanız belə öz uşaqlarınıza heç vaxt zaman ayırmırsınız. Bu bütün valideynlərdə belədir. Halbuki uşaqlara kiçik yaşlarından zaman ayıraraq əsl sevgi vermək lazımdır. Mən isə bunu hər dəfə etmişəm. Onunla oyunlar oynamışam, onun problemlərinə qulaq asmışam, suallarına cavab vermişəm və sonda əsl sevgini ona bəxş etmişəm. Anlayırsınız? Qızım üçün hər şey etmişəm. O, hər zaman pərilər kimi sehr saçıb. Bu həmşə də bu cür davam ecəcək.

Fərmanın dediklərindən sonra zalda sakitçilik yarandı. Hamı bir-birinə baxmaqla Fərman bəyin aqresiv çıxışı haqqında düşünməyə başladı.

-Yox! Qapının sürətlə açılması ilə zala elə Pərinin özü daxil oldu.

-Məni ondan ala bilmərsiniz! Atamın beynində problemlər var düzdür. O, normal hesablamanı belə yerinə yetirə bilmir razıyam ancaq o mənə hüzur bəxş edir, o mənə sevgi verir, üzümdəki gülüşə səbəb olur, həyatımda, yanımda olan və hər zaman da olacaq bir insan varsa o da atamdır! Düzdür 7 yaşlı bir uşaq ağlındadır, hər birimizdən ağıl cəhətdən geri qalır ancaq sevgi cəhətdən hər birimizin üzərindədir. Onun bəxş etdiyi sevgi sayəsində mən indi burada sizinlə rahat danışa bilirəm. Onu məndən almayın, yalvarıram.

Pəri sonda göz yaşlarını saxlaya bilmədi. Fərman qızının göz yaşlarına boğulduğunu görən kimi cəld onun yanına qaçaraq Pərini qucaqlamağa başladı. Bu mənzərə qarşısında bütün məhkəmə zalında sükut olundu. Hər kəs ata ilə qız arasındakı bağlılığa həsəd hissi ilə baxırdı.

Zaman irəlilədi. Pəri universitetə daxil oldu. Atası hər zamankı kimi onunla birgə idi. Sevgisini ondan əsirgəmirdi.

Pəri?!... Fərman həyəcanla televizora yaxınlaşmağa başladı. `Televizorda Pərini göstərirlər`. Fərman özlüyündə bu cümləni təkrarladı.

Bu yerə gəlib çatmağımda atama borcluyam. Ata səni çox sevirəm! Bəxş etdiyin sevgi məni yüksək zirvələrə kimi gətirib çıxartdı. Bilirəm indi məni izləyirsən. Bu da sənə çoxdandır bəhs etdyim surprizim. Üzərində illərnən çalışdığım layihə qəbul olundu. Artıq qızınla qürur duya bilərsən! Pəri sevinc göz yaşları içində ağlamağa başladı.

Fərman əl çalaraq televizor ekranından qızını öpməyə başladı. Çox xoşbəxt idi. GÖz yaşları içində televirozun ekranını hələ də öpməyə davam edirdi.

Pəri 36 yaşına daxil oldu. Ad gününü atasının məzar daşının yanında qeyd etmiş kimi idi. Onun ad günündən 1 həftə əvvəl Fərman rəhmətə getdi. Pəri atasının məzar daşına baxaraq daha da çox göz yaşlarına boğuldu.

`Pərilər kimi sehr saçırsan əzizim. Hər zaman gül!` Məzar daşının üzərində yazılmış bu sözlər Pəriyə daha da çox təsir etdi. Görünür atası bu sözləri bilərəkdən ora yazdırmışdı.

Ata... Sən fərqli idi. Hamıdan, hərkəsdən fərqli idin. Ata sən sevgi sözünün dəyərini anlayan biri idin. Beyin cəhətdən inkşafdan qalsan belə mənə hər şeyin ən yaxşısını verdin. Ata, səni çox sevirəm! GÖz yaşları Pəriyə danışmağa çətinlik yaradırdı. Çox xoşbəxtəm ki, sənin kimi bir atam oldu! Bilirəm səmadan məni izləyirsən və bilki səni hər zaman doğruldacam və daha da yüksəklərə qaldıracam əzizim. Deyilmiş sözlərin ardından o üzünü ağ səmaya tutdu. Atası səmadan gülüş dolu sima ilə qızına baxırdı. Çox xoşbəxt idi. Gülürdü. Əl çalaraq qızına çoxlu öpüşlər göndərirdi.

Hər zaman pərilər kimi sehr saç, əzizim!

 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+4=
Hesaba giriş
Müəllif

Murad
Haqqında

Əlaqə
E-mail:
murad.ramazanov.66@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0443 saniye