Gözdən düşən ucalıqlar
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 10:02 17 iyul 2023 tarixində əlavə olunmuşdur

Qoymadın dünyada qaçan yer mənə

Xəyalın buraxmaz, heç darıxmaram

Sən gələn yolları nişan ver mənə

Sən gedən yollara bir də baxmaram

 

Sinəmdə dağ çayı - şeirlər coşan

Zirvəsi dumanlı, dərdlər uçuşan

Bahar selləritək bulanıqlaşan

Ruhumu bulaqtək iç aram-aram

 

Başımda saçımın bəyazısan sən

Ömrümün gecikmiş niyazısan sən

Kərahət vaxtının namazısan sən

Qılsam məkruh olar, qılmasam haram

 

Gözlərin gözümə zillənib dayan

Dəyişsin cizgilər, yetkinlik əyan

Ürəyim tanıyar, eləyər bəyan

Səni yaddaşımdan heç buraxmaram

 

Bəxtiyar olarmı özündən küsən?

Qəlbini ovutmaz daha neyləsən

Elə yüksələcəm, sən də görəsən:

Sənsiz gözdən düşən ucalıqlaram


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+6=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0275 saniye