Gözəl (Gəraylı)
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 22:00 30 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bir gözələ könül verdim,
Gözəl canı alan gözəl.
Yanaq lalə,gözü nərgiz,
Tək xəyala dalan gözəl.

Mən bir şamam,pərvanədir,
Məst olubdur,peymanədir.
Dərddən dəli-divanədir,
Məni dərdə salan gözəl.

Ürəyində sevgi,yanır,
Hey odlanır,alovlanır.
Məni özünə yar sanır,
Məndən ayrı qalan gözəl.

Mövlud səndən nagümandı,
Sevən qəlbi nigarandı.
Gözləyirəm nə zamandı,
Qəlbim etmə talan,gözəl.

13.04.2014 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+33=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0311 saniye