GÖZƏL OLAR
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 21:15 26 iyun 2018 tarixində əlavə olunmuşdur

Ağıl düşüncəylə gəzib dolansan,

Həyatın dadını tamını dadsan,

Kədəri qəmini başından atsan,

Ağzında turş dadan,nar gözəl olar.

 

Görmək istəmirəm nadanın üzün,

Məzəmmət qınağı çox olur sözün,

Süfrəyə duz,çörək gülərüz düzün,

Onda kavabdanda,şor gözəl olar.

 

Çalışıb həryana su kimi axma,

Hündürdən kimsəyə qıyğacı baxma,

Fəqir füqaranı görəndə sıxma,

Onda dağa yağan,qar gözəl olar.

 

İnsanlar dünyada gəldi gedərdi,

Vallah lovğalanmq boş şey hədərdi,

Üzünə aldanıb demə qəşəngdi,

Qəlbi təmiz olan, yar gözəl olar.

 

Həyatın enişi yoxuşu olar,

Gözlər sevincilə qəm ilə dolar,

Seymur Allahından bircə pay umar,

Onun bəxş etdiyi, var gözəl olar.

 

Müəllif: SEYMUR SÖNMƏZ PAŞAYEV

Yazılma Tarixi: 26.06.2018


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+31=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0243 saniye