Gül güllükdə,kül küllükdə,
Düz düzlükdə,meh çöllükdə.
Güc birlikdə,el ellikdə
Gözəl olur,gözəllikdi...
***
Mey ayaqda,kef damaqda,
Xal yanaqda,gül yanaq da,
Zülf buxaqda,tər buxaq da
Gözəl olur,gözəllikdi...
***
Dil dəhəndə,dinmə sən də,
Dil-dil ötür, dinməsən də.
Pirəhəndə yasəmən də
Gözəl olur,gözəllikdi...
***
Al canımı bir içimdə,
Bir təsəlli var içimdə.
Gözəllər də bir biçimdə
Gözəl olur,gözəllikdi...
***
Şeh ləçəkdə,xar çiçəkdə,
Mövlud,gözün var çiçəkdə.
Eşq badəsin bir içək də,
Gözəl olur,gözəllikdi...
17.07.2014.Zərdabi.Mövlud Ağamməd.