Gözəlim,mən sənin ol hüsnünə heyran olmuşam...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 18:32 11 iyun 2016 tarixində əlavə olunmuşdur

"Gözəlim,mən sənin ol hüsnünə heyran olmuşam..."

Gözəlim,mən sənin ol hüsnünə heyran olmuşam,
Gələn gündən cahanə aşiqi-nalan olmuşam.
***
Zərəfşan zülfünə çək şanə,tökülsün üzünə,
Öpüm gözün qarasın,çünki pərişan olmuşam.
***
Görüb əhvalımı əğyar güləcəkdir halıma,
Sənin dərdin salıb əldən,ürəyim qan olmuşam.
***
Xəyal içrə gəzib axtarmışam hər yerdə səni,
Demək olmaz yuxudur,mən sənə mehman olmuşam.
***
Bu zalım dünyada daim çəkib möhnət yükünü,
Bu səbəbdən də,gülüm,gözləri giryan olmuşam.
****
Özüm,Mövlud,özümdən etmişəm cüda yarımı,
Günah işlətmişəm,ondan da peşiman olmuşam.

28.07.2014.Zərdabi.Mövlud Ağamməd.

 


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0197 saniye