*Gözəllikdə bir mələksən...**
Gözlərinə nərgiz dedim
sevdim səni,
O gözlərə yaxın ikən həsrət qaldım.
Yanağına lalə dedim,
öpdüm səni,
Gül yanağın şöləsindən
yandı bağrım,
Bağrım qandı...
Sözlərinə şərbət dedim,
içdim səni,
O sözlərin bal kimiydi,
bal dadırdı...
Sorağına ellər gəzdim,
gördüm səni,
Gözəllikdə bir mələksən,
camalına
Ay da baxdı,
Ay utandı....
Nərgiz gözlüm,
Gül yanaqlım,
Şirin sözlüm,ay qabaqlım.....
8.06.2014.Zərdabi.Mövlud Ağamməd.