Gözlənilməz anlar
Səbinə Həmzəyeva tərəfindən "Digər yazılar" bolməsinə 19:00 22 avqust 2012 tarixində əlavə olunmuşdur

Ümidlərimin qırıldığı bir gün.Artıq heç bir işdə bəxtimin gətirmədiyini anlamışdım.Amma yenə də özümü məcbur edirdim ki ürəyimdə işığlı günə aparan bir qığılcım oyansın.Kifayət qədər də olmasa hardasa bunu bacara bilirdim.Yenə inanmırdım nə vaxtsa xəyalını qurduğum arzularımdan biri qapımı döyə və məni sevindirə.Həmin an bəlkə də dünyanın ən xoşbəxt adamlarından biri mən olacaqdım.Təsəvvürünüzə belə gətirməyəcəyiniz qədər özümü çox xoşbəxt hiss edəcəkdim.Hər gün nəsə qan qaraldıcı hadisələr baş verməliydi.Adi söz-söhbət belə ruh düşkünlüyü yaradırdı.Güc tapmağa çalışırdım.Yenə də alınmırdı.Ard-arda gələn zərbələr həyatı gözümdə kiçiltmişdi.Hər dəfə "anama bəxtim gətirmir", "hara getsəm qapılar üzümə bağlanır", sözlərini təkrarlamaqdan bezmişdim,evdəkiləri də  hövsələdən çıxarmaq istəmirdim.Artıq öz aləmimdə "alın yazısı" ifadəsini qəbul etmişdim."Səbr edən dərviş muradına çatarmış" ifadəsi isə yormuşdu məni.Səhər oyanarkən həmişə eyni əhval-ruhiyyə ilə oyanardım.Ümidsizliyə qapılma sarsıdıcı haldır.Məşhur amerikalı psixoloqların dediyinə görə insan pis şeylər fikirləşəndə həmin düşündükləri pis hadisələri bircə-bircə yaşayırlar.Lakin musiqi dinləyərək görmək istədiyi həyatı,evi,işi xəyal edəndə bu həm onlara yaxşı təsir edir,həm də gələcəkləri arzuladıqları kimi olur.Ona görə də gərək insan özünü idarə etməyi bacara.İki-üç gün olardı ki, təcrübə keçirdim,bir andaca hər şeyi bilmək istəyirdim,bilmədiklərimi öyrənmək üçün can atırdım.Ortalıqda gəzişib müsahibə almaq üçün hazırlaşırdım ki,birdən Elçin müəllim məni yanına çağırdı:Qızım bura gəl.Təəccübləndim ki,görəsən məni niyə çağırır? "Yəqin nəyisə səhv etmişəm danlayacaq məni" deyərkən belə içim içimi yeyirdi.Çəkinə-çəkinə otağa girdim.Elçin müəllim:Qızım səni xəbər aparıcısı vəzifəsinə düzəltsək bacararsan?İnanılmaz bir hal idi mənimçün.Hələ də şokda idim.Bu vəzifənin mənə tapşırılmasına inana bilmirdim."Bəlkə də yuxudur" deyirdim öz-özümə.Ən çox istədiyim arzumun reallaşması xosbəxtliyə addım atmağıma köməkçi oldu.Lakin mən aparıcı olmaq istəyimin heç vaxt alınmayacağını düşünürdüm.Artıq bilirəm ki,bu arzum həyata keçibsə,daha bundan sonrakı uğurların qarşısı alınmaz olacaq.Mənə elə gəlir ki,psixoloqların məsləhətləri işə yaradı.Hərdən təkcə özümüzə yox başqalarına da qulaq asmağı bacarmalıyıq...


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+12=
Hesaba giriş
Müəllif

Səbinə Həmzəyeva
Haqqında
Baki Slavyan universitetinin jurnalistika fakultesinde tehsil aliram.Yazmagi cox sevirem baxmayaraq ki evveller hec xosum gelmirdi yazi yazmaqdan.Mene bunu sevdirende ele bu senetim oldu
Əlaqə
E-mail:
ya_sonra@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0244 saniye