Gözlər sevişir
Rizvan Fikrətoğlu tərəfindən "Şeir" bolməsinə 00:18 21 dekabr 2015 tarixində əlavə olunmuşdur

İlk dəfə görüşə gələndə sənlə,
İlk dəfə gördüyüm gözlərin oldu.
O gündən başladı sevgimiz bizim
Biz ki vurulmadıq, gözlər vuruldu.

Biz necə alışdıq eşqin oduna! 
Bunu nə sən bilir, nə mən bilirdim. 
Gözlər ki gizlicə sevişirdilər 
Bunu bir sən bilir, bir mən bilirdim.

Ayrılıq məqamı yetişən anda, 
Biz elə ayrıldıq heç nə olmamış. 
Sən məni mən səni untsam belə! 
Gözlər bir-birini heç unutmamış.

Gecə də, gündüz də gəzib bir-birin.
Yalnız şəkillərdə görüşüb onlar.
Bizi tez yatırıb, gec oyadaraq
Uzun gecələri sevişib onlar.

Biz ki ayrılsaq da, yoxdur çarəsi
Gözlərimiz heç vaxt ayrılan deyil.
Sevəni ayırmaq günahdır axı!
Gözlərin gözümü yamanca sevir...

Gözlərim məndən də küsüb, inciyib!...
Onların istəyi, diləyi vardır.
Gözlərimiz istər qovuşaq gülüm
Axı onların da ürəyi vardır.

Bu gün biz əl-ələ tutduğumuz an
Bilirsənmi gözlər necə sevinir?!
Biz ki uğurlara sevinən anda
Onlarsa adicə heçə sevinir.

08/15/2015


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+9=
Hesaba giriş
Müəllif

Rizvan Fikrətoğlu
Haqqında
Abişov Rizvan Fikrət oğlu 15.09.1996-cı ildə Yardımlı rayonunun Ərsilə kəndində dünyaya göz açmışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Hazırda BDU-nun II kurs tələbəsidir. Bir çox şeirlər, məqalələr, hekayələr və s. müəllifidir.
Əlaqə
Tel.:
0513461438 və 0708823655
E-mail:
rizvanyardimli@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0316 saniye