Gözlər
Rizvan Fikrətoğlu tərəfindən "Şeir" bolməsinə 20:55 26 sentyabr 2015 tarixində əlavə olunmuşdur

O GÖZLƏR

("Gözlər" silsiləsindən olan şeirlərimdən biri)

Bəzən məğrur baxır, bəzən ümidsiz. 
Bəzən xəyallara dalır o gözlər.
O qədər vurğunam o baxışlara
Məni özlüyümdən alır o gözlər.

Elə işıldayır mavi dəniztək.
Olmasın fırtına, əsməsin külək.
Onu əzizləyir, çox sevir ürək.
Meylimi o qıza salır o gözlər.

Bəzən körpələşər, bəzən oynayar.
Ağzıyla danışmaz, həya saxlayar.
Gözləri danışar, gülər, ağlayar
Yenicə qəlbimə varır o gözlər.

O gözlər anlamaz "nə demək kələk?!"
O gözlər olmasa yaşamaz ürək.
O gözlər olmasa həyat <yox!> demək.
Kini, kidurəti yarır o gözlər.

O gözlər şairdi, yazdı, yaratdı!
O gözlər hər şeydi - sevsən həyatdı!
O qızın gözləri bir kainatdı.
Bir Rizvan, bir də ki, baxır o gözlər.

Müəllif : Rizvan Fikrətoğlu


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+11=
Hesaba giriş
Müəllif

Rizvan Fikrətoğlu
Haqqında
Abişov Rizvan Fikrət oğlu 15.09.1996-cı ildə Yardımlı rayonunun Ərsilə kəndində dünyaya göz açmışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Hazırda BDU-nun II kurs tələbəsidir. Bir çox şeirlər, məqalələr, hekayələr və s. müəllifidir.
Əlaqə
Tel.:
0513461438 və 0708823655
E-mail:
rizvanyardimli@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0207 saniye