Gözləri ilə kitab yazdı
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 09:22 15 noyabr 2015 tarixində əlavə olunmuşdur

Çində 61 yaşlı ağır xəstə qadın öz həyatından kitab yazıb. Məsələ burasındadır ki,  150 mindən çox sözün istifadə olunduğu kitabı yazmaq üçün yaşlı qadın nə əlindən, nə kağızdan, nə də qələmdən istifadə edib. Nə qədər qəribə səslənsə də, o öz kitabını sadəcə gözləri ilə yazıb.

Sadəcə baxaraq yazıçı olmaq mümkündürmü? Yəqin, əksəriyyətiniz buna yox cavabı verərdiniz. Amma Çində bir qadın gözlərindən istifadə edərək öz həyatı haqqında kitab yazıb.  Kitabdakı sözlərin sayı isə 150 mindən çoxdur.

Çinli Qonq Sunhui amiotrofik skleroz xəstəliyindən əziyyət çəkir. Yəni, 61 yaşlı qadın gözlərindən başqa heç bir bədən üzvünü hərəkət etdirməyə qadir deyil. Nə danışa bilir, nə də rəqs etməyi bacarır. Bununla belə o, həyatdan zövq almağın yolunu tapıb. Övladları onun üçün  gözlə idarə olunan köməkçi qurğu alandan sonra, bu qadın kompyuterdəki hərflərə baxaraq yazılı şəkildə cümlə qura bilir. Amma o, sadəcə istədiklərini cümələlərə tökməklə kifayətlənməyib, bütün həyatını gözləri ilə yazmaq qərarına gəlib.

Hər nə qədər çətin, səbr tələb edən iş olsa da, Qonq Sunhui üçün başqa məşğuliyyət olmadığından o, kitab yazmaq iddiasından əl çəkməyib. 150 mindən çox sözü kompyuterə yazan qadın, ərsəyə gətirdiyi kitaba da “donmuş gözəl” adı verib. Diqqət çəkən başqa bir məqam isə qadının Şarko adı ilə də tanınan xəstəliklə mübarizəsidir. Başqaları bu xəstəliklə sadəcə 3-5 il yaşadıqdan sonra dünyasını dəyişir, Sunhui isə 12 ildir bu xəstəliyə təslim olmur.


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+20=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0226 saniye