Gözlərik....
(satirik şeir)
Bayram edir dünya müsəlmanları,
Biz təzə ay çıxmasını gözlərik.
Təbrik edir hamı biri -birini,
Biz təzə ay çıxmasını gözlərik.
****
Ay görünüb fətva,filan olmamış.
Köhnə batıb tazə yerin almamış.
Münəccimlər bundan xəbər tutmamış,
Biz təzə ay çıxmasını gözlərik.
***
Dini birdir,Kitabı bir,nə fayda,
Adət ayrı,hərəsində bir qayda.
Bəziləri kef çəkirlər həm Ayda,
Biz təzə ay çıxmasını gözlərik.
***
Sünni,şiə,vəhabi,ya sələfi,
Dörd bir yana çəkir,itib kələfi.
Qaranlıqdı dünyanın hər tərəfi,
Biz təzə ay çıxmasını gözlərik.
***
İsalm bütün dinlərin ən alisi,
Muhəmmədül mustafadı vəlisi.(1)
Bixəbərik,yoxdu bilən,halisi,
Biz təzə ay çıxmasını gözlərik.
***
Hamı deyir,müsəlmanlar kefdədi,
Qərbin gözü qızıldadı,neftdədi.
Yubadırıq bayramı dörd həftədi,
Biz təzə ay çıxmasını gözlərik,
Mövlud,təzə ay çıxmasın gözləik....
1.Vəli--burada:himayə edən mənasında..
28.07.2014.Zərdabi.Mövlud Ağamməd.