Gözlərin deyir ki vallah sev məni
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 22:12 24 mart 2017 tarixində əlavə olunmuşdur

GÖZLƏRİN DEYİR Kİ,VALLAH SEV MƏNİ


Sevən ürəyimə rəhm et sınama,
Hopmusan bir yolluq inan canıma, 
Məndə günah yoxdu məni qınama,
Gözlərin deyir ki,vallah sev məni.

Qaşların kamandır,yolumun üstə,
Yanağın al lalə,dodağın püstə,
Ömrümə çalınan bir çələng bəstə,
Gözlərin deyir ki,vallah  sev məni.

Məhəbbət tükənib saralan deyil,
Könlüm başqasına etməz ki meyil,
Səs salım aləmə mən deyim sən bil,
Gözlərin deyir ki,vallah sev məni.

Diqqət et sözümə,bax bir  yazıma,
Bəlkə ilahidən düşdün payıma,
Seymurda günah  yox,məni qınama,
Gözlərin deyir ki,vallah sev məni

24.03.2017


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+14=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye