Gözlərin
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 19:37 07 sentyabr 2014 tarixində əlavə olunmuşdur



Bir atəş qalayıb sinəmdə mənim,
Aləmi yandırıb yaxan gözlərin.
Zülmət gecələrə işıq çiləyir.
Könlümdə şimşək tək çaxan gözlərin.

Üzür məni sənsiz ötən hər anım,
Aşiqinəm! nə gizlədim, nə danım.
Axırda öldürər məni ay canım
Həsrətdən qəlbimi sıxan gözlərin.

Qoxlasam solası bir qönçə gülsən,
Şəkərdən süzülmüş bir şirin dilsən.
Nə çəkir aşiqin bir bilə bilsən.
Sevərmi biganə baxan gözlərin?


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+22=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0248 saniye