GÖZLƏYİR İNTİQAM QİSAS XOCALI
Rahil Rizvan tərəfindən "Şeir" bolməsinə 20:36 28 mart 2018 tarixində əlavə olunmuşdur

Silin göz yaşını, ağı da bəsdi
Gözləyir intiqam, qisas Xocalı.
Nə sülh danışığı, barışmaq nədi
Gözləyir intiqam, qisas Xocalı 

Düşmənin kökünü kəsməliyik biz
Üstündən yel kimi əsməliyik biz
Zülfüqar silahlı bir Əliyik biz
Gözləyir intiqam, qisas Xocalı.

Biz Turan elinin Boz qurd nəvəsi
Babadan yadigar döyüş həvəsi
Dağıdaq yalançı bu dar qəfəsi
Gözləyir intiqam, qisas Xocalı.

Artıq oynamalı yatmış vulkanım
Dayanmır damarda coşubdur qanım
Ölümdən qorxmuram şəhitdir canım
Gözləyir intiqam, qisas Xocalı.

Yaraşmır qorxaqlıq, yaraşmır bizə
Düşməni vurub, salağın dizə
Mübariz göstərdi dəyirik yüzə
Gözləyir intiqam, qisas, Xocalı.

20.02.2018


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
4+20=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0216 saniye