Gözü tirnən doludur,özgə gözündən danışır,
Deməyin başqasıdır,bəlkə,özündən danışır.
***
İşi yoxdur,peşəsin ləğv eləyiblər,o yaman
Elə qeybət eləyir,qonşu sözündən danışır.
***
Ölümün astanasından qayıdıb,mollası yox,
Kəfənin qiyməti çox,parça bezindən danışır.
***
Verə üz,astarı istər,o da üzdən bahadır,
Biri astar dilənir,birsi üzündən danışır.
****
Günü zillət,yükü möhnət,özü minnətlə yaşar,
Yaşı qırx,bel bükülüb,çox da yüzündən danışır.
***
Hələ bilmir,kimə biz,kimlərə neştər deyilir,
Bizə biz söyləməsinlər,o bizindən danışır.
****
Nə deyirlərsə desinlər sənə,Mövlud,dözəsən,
Düzü gücnən əyirib əyri düzündən danışır.
12.03.2014.Zərdabi.Mövlud Ağamməd.