Gözümü yumuram, görürəm səni
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 01:34 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Gözümü yumuram, görürəm səni
Vaxtında doyunca baxmadım sənə
Ya sən ürəkdən sevmədin məni
Ya da mən biganə yanaşdım sənə

Ani bir qasırğa ayırdı bizi
Əlini qopardı mənim əlimdən
Sovrulub silindi sevginin izi
Get sözü daş olub düşdü dilimdən

Gözümü yumuram, görürəm səni
Həmən o dodaqlar, həmən o gözlər
Ya sən ürəkdən sevmədin məni
Ya da öz sehrini itirdi sözlər

Günəş tək qüruba çəkildi, itdi
Sanki buludlar gizlədi ayı
Bir səhər başlayıb, bir gecə bitdi
Heç kimə qalmadı məhəbbət payı

Gözümü yumuram, görürəm səni
Həmən o sözləri eşidirəm mən
Ya sən ürəkdən sevmədin məni
Ya da sevgini görmədin məndən

25.01.2015

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+27=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0237 saniye