Gözümü
Nicat Cəfər tərəfindən "Şeir" bolməsinə 20:27 21 dekabr 2014 tarixində əlavə olunmuşdur

Tanrı gənc yaşda ikən açsa bəsirət gözümü,
Çəkmərəm dərdü qəm,örtərsə həqiqət gözümü.

Allahın lütfüdü bu faili-muxtar yaradıb
Həm cəhənnəm həmi cənnət tutub əlbət gözümü

.Haqq uğrunda Hüseyn oldu şəhid,ibrət olub
O zamandan oyadıbdır o cəsarət gözümü

Bu gözüm özgəni gözlərsə məhəbbətlə əgər,
Əbədi kor edə mən razı, məhəbbət gözümü

Cəfərəm, hər cümə göz yaşı tökür səslənirəm
Ağa ,tez qıl ki zühur dağladı həsrət gözümü.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+4=
Hesaba giriş
Müəllif

Nicat Cəfər
Haqqında
Mən Nİcat Tarverdiyev 1994 Baki şəhərində anadan olmuşam Hal hazırda tələbəyəm ədəbiyyatin heca əruz sərsbəst vəznlərində yaza bilirəm. İNşAllah ki oxuyub dəyərli qiymətlərinizi deyərsiz
Əlaqə
E-mail:
nicatcefer@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0266 saniye