Gözündən öpməyə qoymazdın məni
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 02:50 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Gözündən öpməyə qoymazdın məni
Ayrılıq düşər deyə qorxardın yaman
Kim bilir, nə vaxtdı görmürəm səni
Tale ayırdı bizi, yad etdi zaman

Sən özgə diyarda, mən əcəm eldə
Ayırdı şəhərlər, ölkələr bizi
Yad əllər dolaşdı o qara teldə
Əlindən pozuldu əlimin izi

Başqa əllər tutdu soyuq əlindən
İsitdi əlini, qəlbini sənin
Sevirəm sözünü şirin dilindən
Yalan aşıqlərin eşitdi sənin

Nə tez vazkeçtin gərçək olandan
Yalan sevgilərin qurbanı oldun
Ayrı düşdüyümüz həmən o andan
Kökündən üzülmüş gül təki soldun

Sənin xəbərini tez-tez alıram
Deyirlər gözündən qoymur öpməyə
Eləmə tənbəllik başa salıram
Yagin yaman qorxur ayrılar deyə

12.08.2015

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+7=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.04 saniye