GÜL BAYRAMINDA
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 21:00 10 may 2019 tarixində əlavə olunmuşdur

GÜL BAYRAMINDA

 

Boyanıb rəngbərən güllərə şəhər, 
Gül ətri bürüyüb  yeri,göyü də, 
Şəninə dastanlar qoşsam nə qədər
Ürəklər sevinər gül bayramında. 

Ağ güllər bəmbəyaz sanki qar kimi, 
Qızılgül meylini çəkər nar kimi, 
Süsən,nərgiz əlvan rəngli yar kimi, 
Nə gözəl bəzənər ,gül bayramında. 

Səkilər,küçələr dolub daşıbdır, 
Bu gün Vətənimə çox yaraşıbdı, 
Şairlər hüsnünə şeir  qoşubdu, 
Nəğmələr dillənər gül bayramında. 

Uşaq gülüşləri gülə qarışıb, 
Burda sevinc coşub ,qaynayıb daşıb, 
Rənglər bir biriylə sanki yarışıb, 
Səmadan ələnər gül bayramında. 

Tutub əllərindən gənclər bir-birin, 
Mehriban baxışın nə verər yerin, 
Quşlar civildəşir,hava da sərin, 
Rüzgar da nazlanar gül bayramında 

Qoca ,cavan şövqə gəlibdir burda, 
Həyatın mənasın bilibdir burda, 
Ürəklər qopubdur,qalıbdır burda, 
Oxur təranələr gül bayramında. 


Uzaqlardan qonaq gələrlər bizə, 
Gəlməsin bu sevinc yaman,bəd gözə, 
Qalx ləçəklər ilə dünyanı bəzə, 
Hər kəs  gülə bənzər ,gül bayramında. 


Gül bağının yoxdur ucu -bucağı, 
Çiçək dəstələri bəzər qucağı, 
Bu odlar diyarı,odu, ocağı, 
Ətirə bələnər gül bayramında. 


Yamyaşıl geyinib bahar əyninə, 
Qönçə sığınıbdır gülün qoynuna, 
Lent ilə bəzənmiş gül çələnginə, 
Göyərçinlər qonar gül bayramında. 


Doymadım hüsnündən gülün ,çiçəyin, 
Içinə qərq,olduq rəngin,ləçəyin, 
Seç biri birindən daha göyçəyin, 
Zövqlər itilənər gül bayramında/ 

Bu gün gül bayramı,ətir bayramı, 
Bahar libasında gətir bayramı, 
Nəsildən-nəsilə ötür bayramı, 
Keçsin qərinələr gül bayramında. 


Bir dəstə çiçəyi bağla ver mənə, 
Qoxusun üstündə saxla ver mənə, 
Tikanı varmıdır ,yoxla ver mənə, 
Güllə göstər hünər ,gül bayramında. 


Gül gülü çağırsın,bülbül bülbülü, 
Coşubdur ruhumun o şirin dili, 
Insanın qırmağa gələrmi əli? 
Güllər əzizlənər gül bayramında. 


Hər il qonaq gəlsin bu sevinc bizə, 
Gül üzlü balalar versin səs-səsə, 
Beləcə qovuşaq,hər gələn yaza, 
 Gül üstə gül gələr ,gül bayramında 

Seymurun ilhamın coşdurar bu gün, 
Bülbülün ağlını çaşdırar bu gün, 
Təbin sellərini daşdırar bu gün, 
Gözəllik sellənər gül bayramında

MÜƏLLİF SEYMUR SÖNMƏZ PAŞAYEV 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+25=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0211 saniye