Gülə mehman ola bülbül,sənə mən,
Gecə gülşən nura qərq ,ruyi-səmən.
Dili şəkkər,saçı sünbül,özü gül,
Səni məndən ala bilməz o çəmən.
Gözü nərgiz,uca boylum,yanağın
Qara xallım,öləcəm indicə mən.
Nola,dilbər,mənə həmdəm olasan,
İçibən mey,olaram məst gecə mən.
Sənə, Mövlud,canı qurban edəcək
Neçə Məcnun,neçə Sən"an,neçə mən.
18.11.2014 / Zərdabi
Mövlud Ağamməd