Güləm
elnurə tərəfindən "Şeir" bolməsinə 08:20 16 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Məhəbbət bağından sən məni dərdin,

Ətrimi duyub tezdə itirdin

Güllərin içində sevgi bitirdin,

İndi mən sənin üçün solan bir güləm

Məhəbbət bağına xəzan gətirdin,

Baharı gəlmədən boran gətirdin

Sən mənim ömrümə hicran gətirdin,

Sən mənim ömrümə hicran gətirdin

Hicranın əlindən bezən bir güləm

Məhəbbət bağının tər qönçəsiydim,

Ətirli güllərin ən incəsiydim

Bülbülün cəh-cəhi xoş nəğməsiydim,

Bülbül cəhcəhinə həsrət bir güləm

Məhəbbət bağında ləçək açmamış,

Arzusu muradı başa çatmamış

Eşqin könlümdə büsat qurmamış,

Sənə vida deyib ölən bir güləm


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+14=
Hesaba giriş
Müəllif

elnurə
Əlaqə
E-mail:
elnure.22@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0238 saniye