Göylərdən endir məni,
Bir ovuc torpaq üstə.
Endir damlalarında,
Saralmış yarpaq üstə.
Yu izimi ey yağış,
Yu məni qarış- qarış.
Axıt-axıt araza,
Doğmalaşdır xəzərə.
Qalmasın torpaq üstə,
Varlığımdan, bir zərrə.
Dənizin dibindəcə,
Yosun olum, ot olum.
Vulkan kimi püskürüm,
İnsan kimi yox olum.