Gülnarə İsrafilqızı: Yazar toxumu səpmişəm
gulnare israfilqizi tərəfindən "Şeir" bolməsinə 20:38 06 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Yazar toxumu səpmişəm,
Yerdən də şeir çıxacaq.
Günəşdən nəzm enəcək,
Torpaqdan bəhir qoxacaq.

Yazar toxumu səpmişəm,
Hər sözdən söz içmək üçün.
Roman povest, hekayəni
Dən-dən yığıb biçmək üçün.

Yazar toxumu səpmişəm.
Bu yaz çıxıb qatar-qatar.
Əl dəyməzsə yetişəcək,
Əl dəyərsə kökdən qopar.

Yazar toxumu səpmişəm.
Torpaqdan yazar boy atıb.
Nəzmin başı göylərdə,
Nəsr də, göylərə çatıb.
Yazar toxumu səpmişəm.

Gülnarə İsrafilqızı


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+24=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0491 saniye