gülsatan qız
Sən An tərəfindən "Şeir" bolməsinə 19:46 22 iyun 2014 tarixində əlavə olunmuşdur

gülsatan qız

 

soyuq dekabr axşamı,

bir azca külək,bir azca qar.

,işdən çıxan insanlar,

harasa tələsirlər.

soyuqdur hava,

kimlərsə tir-tir əsirlər.

 

üşüməyən tələsməyən,

 bir qız var bu şəhərdə,

onu görürəm hər axşam,səhər də.

dayanır yol kənarında,

əlində dəstə güllə.

satır güllərin çiçəklərin,

gözəl ətirlərin,sevgilərin.

 

taxmış o güldən birini daranmış saçlarına,

çevrilmiş qızılgülə.

yaxınlaşdım ona mən,

qarşıladı məni gülə-gülə.

 

ondan bir gül aldım,həmin axşam.

vuruldum o qıza,onun gözlərinə,

gülləri tutduğu əllərinə.

 

sən gül satan qız,

ürəklərə sevgi qatan qız.

artıq uzun zaman olmuş,

səndən aldığım o qızılgülüm,

solmuş.

 

səni görə bilmirəm o yerlərdə,

axtarıram səni hər yerdə.

sən gül satan qız,

ətrin qalıb  burnumda,

hərdən tuturam ,

sən verdiyin gülü ovcumda.

qoxlayıram.

 

gül satan qız,

bu şəhərdə səni axtarıram,

tapa bilmirəm,

hərdən fikirləşirəm,

bəlkə sənin də güllərin soldu?

amma bunu fikirləşəndə,

çox qorxuram.


... dəfə oxunub
Qiymət: 5/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+35=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0291 saniye