Gülüm
Sevdin,məhəbbətin əsiri oldun,
Gözəl duyğularla yaşadın,gülüm.
Hansı bir şairin əsəri oldun,
Kimin ürəyinə yol açdın,gülüm?
***
Sənə demədim ki,sevən qəlbini
Odlara yandırıb unut özünü.
Bəlkə,itirdiyin səadətini
Mənim ürəyimdə tapaydın,gülüm.
****
Dərin məhəbbətlə sevmək hər kəsin
Qisməti deyildir,bilirsən,yəqin.
Bəlkə,əbəs imiş məni sevməyin,
Özunə başqa yar tapaydın,gülüm.
***
Mövlud səadətə yetmədi sənsiz,
Bir an sevinmədi,gülmədi sənsiz.
Başqa birisini sevmədi sənsiz,
Söylə,mənsiz necə qalaydın,gülüm?
Sumqayıt.8.05.1982.(Mövlud Ağamməd)