Ümidini üzmə, heç vaxt sabahdan,
Ümidsiz düşmənin qoy olsun, Gülüm!
Özünü sən qoru, nagahan ahdan,
Sabahın gülərüz, xoş olsun, Gülüm!
Aldım eşq badəsin, içdim əlindən,
Öpdüm yanağından, sordum dilindən,
Dirilik suyunu əmdim ləbindən,
Gülə-gülə dedin: - "Nuş olsun" ,- Gülüm!
Vardı bu dünyanınacı, xoş günü,
Vardı bu dünyanın quru, yaş günü,
Hansıdır dünyanın yaranış günü?
Dedin: - "Biz görüşən gün olsun", - Gülüm!
06.08.2000 / Bakı