Gülüm...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 09:37 02 avqust 2015 tarixində əlavə olunmuşdur

Çətindi ayrılıq çətindi dözmək,
Hər gün sən söyləmək hər gün sən demək,
Bir gün də işvəndən, nazından bezmək...
Bu qədər qəm, hicran yetərdi, gülüm,
Ayrılıq ölümdən betərdi, gülüm.

Qismətdi, yazılıb taleyimizə,
Bir ömür yaşadıq biz ikimizə,
Nə deyim amansız fələyimizə,
Bu da bir qəzavü-qədərdi,gülüm,
Ayrılıq ölümdən betərdi, gülüm

Mümkünmü... mümkünmü səni unutmaq,
O sənli günlərə bir də qayıtmaq,
Hər gün göz yaşını seltək axıtmaq...
Bu həsrət barı tez bitərdi, gülüm,
Ayrılıq ölümdən betərdi, gülüm.

Ağrıyan ürəkdi,sözlayan dilək,
Bu ağrı-acıya dözəsən gərək,
Mövlud sənin üçün yaşayır demək,
Sənsizəm, həyatım hədərdi,gülüm,
Ayrılıq ölümdən betərdi, gülüm...

12.01.21014 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+11=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.2104 saniye