gülümsə,dodağın qaçsın üzündən,
qaranlığıma işıq saçılsın gözündən.
gülümsə,
salamlaşım səninlə,
halını sorum o saxta "necəsən"lərlə.
sən isə "yaxşıyam" de,
qaçır baxışını üzümdən.
səni görəndən bütün qadınlardan qırağa çəkilmişəm,
öz içimdə ev qurub ,
həmin o otağa çəkilmişəm.
həmin otağın qapısın açan biri varsa,
o da sənsən.
amma gülümsə...
gülüşünlə isit ruhumu,
mənə yanan ocaq sənsən.