Hər gün işdən getdiyim o yolda gözümə satasan o gözlər... Sanki, sanki gülümsəyir. Nəsə deməyə çalışır. Yorğun kədərli düşüncəmə mane olur.Və nədənsə hər gün bir cür diqqətimi çəkir o. Qəribə baxışlarla baxır. Məni uzaqlara aparan baxışları var onun.
Bəzən gözəl dünya elə burdan baxmaqdır, bəzən nə xoşbəxtsən gəzirsən, döyünən bir ürəyin varsa yaşadəğın saatların qədrini bil deyir, bəzənsə dünyaya burdan baxmaq dərdlərdən uzaq olmağın ən gözəlidir deyir mənə o baxışlar. Hər bir halda bunları deyən bircə gülümsəyən o daşdır. Minlərcə qəbrlərin içindən gülümsəyən o daş.
Payızı üstü yarpaqlarla xəzan olan, qışı ağ qarla ötrülü olub üşüyən o daş, yazı ətrafı gül-çiçəklə gözəlləşən, yayı sağında bitən təkcə bir acağın verdiyi o sərin mehin sənə demək istədiyi minlərcə bitməyən fikirləridir.
O daşın qarşısında dayanıram. Sanki bəzən özümdən bezəndə məni hiss edən ilk odur deyə düşünürəm. Qəribə baxmağı fikirlərimə dəyişiklik yaradır. Ölmək haqqında düşünmə. Səni incidən insanları sadəcə xatırlama deyir. Xoşbəxt olacağın hər bir şeyi elə deyir. Bəzənsə bütün bu olanlara olmaz deyir.
Bəzənsə ne etsən belə bir gün mənim kimi sadəcə sənin indi gəzdiyin o yola mənim kimi baxmağın qalacaq deyir o gözlər. İstərsən xoşbəxt ol istərsən kədər dolu ol öləcəyin o yerdən sonra sən artıq ölüsən. Bir müddət sonra xatırlanmayan mənim kimi bir ölü. Sadəcə kiminsə nə zamansa gözü sataşa biləcək gözlərin ola bilər.
Bəlkə nə zamansa xatırlanıb qəbrinə gələcək bir dəstə gül olacaq ən böyük xoşbəxtliyin. Kədərlənmə və yaşadığın sürəcə burdan keçdiyin hər dəfə gülümsəyən bu gözlərimə bax və öləcəyin və sənə də kiminsə baxacağı o insanı düşün dünyanda. Həyatında nə baş verməsindən asılı olmayaraq dərdini elə baxan bu daşlarla bölüş. Sənə verəcək ən gözəl təsəlli budur əslində.
Di indi get get. Bir ölü daşına bu qədər kədərli gözlərinlə baxma.
Nə baxırsan mənim kimi
mən baxırdım sənin kimi
olacaqsan mənim kimi
baxacaqlar sənin kimi...