Sənin gülüşlərin başqa bir aləm,
Elə bil dağ çayı, dağ şəlaləsi.
gözlərin qəlbinin, gülüm güzgüsü,
Qəlbinsə ləbələb eşq piyaləsi.
Gözlərin nəmlənsə, qəmlənsə hətta
İçində duyğulu dünya görünür.
Bu dünya sığmayır heç bir dünyaya,
Aşkarda elə bil röya görünür.
Gülüşün, göz yaşın dəyişmir səni,
Elə də, belə də qəlbimdəsən sən.
Yazdığım şeirin misralarında,
İlahi bəxş edən təbimdəsən sən.