Günah Dəhlizi
AğaPaşa tərəfindən "Hekayə" bolməsinə 13:19 03 avqust 2019 tarixində əlavə olunmuşdur

                                                   Vol 1.

Ölkədə son günlərdə baş verən hadisələr həm xəbərlərdə, həm də sosial mediada gündəm mövzusu olmuşdu.Aparıcılar tamaşaçılardan ,,O,,nu harda görərlərsə hüquq-mühafizə orqanlarına xəbər etməyə,sosial media istifadəçiləri isə ..O..na kömək etməyə səsləyirdilər.
Parkların birində günorta saat 13.40 radələrində bədənində zorakılıq əlaməti olan 14 yaşlı qız cəsədi kolluqların dibində aşkarlanmış və polisə xəbər verilmişdi.Bu xəbər eşidən hər kəsi dəhşətə gətirdiyi üçün artıq heç kim öz uşağını kimsəsiz çölə buraxmağa qorxurdu.Cinayət işi böyük səs küyə səbəb olmuş və ölkə miqyasında araşdırma-tədqiqat işləri başladılmışdı.Amma bu işi məhkəməyə qədər saxlamaq istəməyən biri var idi:14 yaşlı Səbinənin xüsusi təyinatlılarda xidmət edən qardaşı-gizir Əhmədov.Cinayət işini kiminsə araşdırmasına, tədqiq etməsinə Əhmədovun nə səbri çatardı, nə də dözümü.Həm də heç bir müstəntiqə, prokurora güvənmirdi.Çünki bir qızı o halda günorta çağı parka gətirib atanlar ya ağılsız idi, ya da sirli qalmağa gücləri çatacaq qədər arxalı.Amma gizir Əhmədov üçün bunun elə də fərqi yox idi.Yerin dibində də olsalar, nə qədər arxalı da olsalar haqq yerini tapmalı idi.O hadisədən xəbər tutan kimi tabe olduğu qüvvəllərin heç bir vəzifəlisinə izahat vermədən bu hərəkətin cinayət işi daşıdığını bilə-bilə xidməti yerini tərk eləmişdi.Bunun cinayət olduğunu hər kəsdən daha yaxşı bilirdi,amma gözünün ağı-qarası bacısına qarşı edilən bu hərəkət qarşısında təmkinli davranmaq ən çətini və ən imkansızı idi.Səbr və dözmlülük göstərə bilməzdi.Çünki mövzu aile olanda heç kim güzəştə gedə bilmir.Əhmədov nəticəsi nə olursa olsun hər şeyə hazır idi.Ona da cinayət işi açılmış və axtarışa verilmişdi.O xidməti yerini tərk etdikdən 5 saat sonra bir video paylaşmış, həmin videoda daxil olduğu qüvvəllərin ən yuxarı vəzifəlilərindən etdiyi hərəkətə görə üzrxahlıq etmiş, həm də onu izləyən insanlardan bu vəhşiliyi törədən əclafı tapmaq üçün kömək istəmişdi.Bu video sürətlə yayıldığı üçün hüquq-mühafizə orqanları ona kömək edən hər bir şəxsin cinayət məsuliyyətinə cəlb olunacağını televiziya vasitəsilə bildirmişdi.Amma insanlar 14 yaşlı Səbinənin yerində öz övladları da ola bilərdı düşüncəsi ilə əllərindən gələn köməyi əsirgəməyəcəkdilər.Gizir Əhmədov cinayətkarı tapandan sonra bu videonu izləyən bütün insanların qarşısında təslim olacağına söz vermişdi...

                                                 Vol 2.

                                       
Bu səhər hüquq-mühafizə orqanlarına daxil olan zəng nəticəsində gizir Əhmədovun şəhərin mərkəzində qara kapuşon paltarda görüldüyü bildirildi.Dərhal küçə,avtobus və metro kameraları nəzarətə götürüldü,xüsusi təyinatlı bölmə həmin əraziyə səfərbər edildi.Kapuşonlu adamın hər addımı kameralar vasitəsilə izlənilirdi.Panika yaratmamaq üçün kütlənin içindən çıxmağını gözləyirdilər.Gizir Əhmədov da kütlənin içində kamuflaş olmuş formada idi.Dostlarından belə kim onu görsə bu halda heç vaxt tanımazdı.Kapuşonlu adam onun işarəsini gözləyirdi.Əhməd göz vurandan sonra həmin könüllü nauşnikini taxıb kütlə içindən ayrıldı və qaçmağa başladı.Onun qaçmağı artıq izlənməyindən xəbər olduğu kimi qiymətləndirildi və əməliyyat başlandı.Mülki formada xüsusi təyinatlılar da kapuşonlu adamı izləyirdi.O qaçdıqca onlar da onun ardınca qaçırdılar və qulaqcıq sayəsində qarşıdakı yola pusqu qurulmasını istədilər.Qara maşında hamı hazır dayanmışdı.Adam maşının yanına çatanda onlar cəld maşından düşüb onun qabağını kəsdilər və cəld yerə yıxdılar.Kapuşonlu adam üzü asfalta arxadan əlləri bağlı formada kapuşonu qaldıranda bu adamın gizir Əhmədov olmadığını görəndə bu naməlum zəngin bir zarafat olduğunu bilib zəngin sahibini söyməyə başladılar.
Müstəntiqlər bunun hədəf çaşdırmaq olduğunu bilirdilər.Ona görə də parkın içindəki və ona yaxın küçələrdəki kamera görüntülərini araşdıranda Səbinəni halsız vəziyyətdə parka gətirən qızın rəfiqəsi 16 yaşlı Nəzrin olduğunu öyrənmişdilər.Onlar Nəzrini sorğulamaq üçün mənzillərinə gələrkən onun zəhər içib intihar etdiyini görəndə araşdırdıqları işin daha da cəncələ düşdüyünü anladılar.Qızın bədənındə zorakılıq əlaməti yox idi.Ekspertizada qızın xüsusi təyinatlıarın və hüquq-mühafizə orqanlarının ən vacib sorğularda istifadə etdiyi preparatın dozası aşkarlanmışdı.Bina köhnə tikili olduğu üçün nə daxilində nə də ətrafda heç bir küçə kamerası yox idi.Valideynləri isə bu xəbəri eşidib rayondan Bakıya doğru yola cıxmışdılar.Nəzrinin ölümü müstəntiqlərin əlini-qolunu bağlamışdı və onların cinayəti açmasına bir düyün vurmuşdu.Onların ağlında tək bir isim var idi:bu əlbəttə ki gizir Əhmədov idi.Bu adamın haqq-ədaləti özbaşına bərpa etməyə çalışmasına hər kəsin qıcığına səbəb olur,eləcə də onu hələ də tutub həbs edə bilməyən müstəntiqlərin nüfuzunu sarsıdırdı.Bu iş artıq qanundan əlavə şəxsi prinsip səviyyəsinə gəlib çatmışdı.
Gizir Əhmədovun xüsusi təyinatlı dostları və komandiri kapitan Moluyev üçün də nə qədər psixoloji təlimlər görmüş olsalar da ömürlərinin bəlkə də ən tərəddütlü vaxtları idi.Əhmədov ən çətin tapşırıqlarda belə əməliyyat başlayan kimi əvvəlcə özünü oda atardı.Özündən başqa kiminsə riskə getməsini istəməzdi.Neçə dəfə Komandirinin həyatını xilas edəndə yaralanmışdı.Gizir Əhmədovu həbs etmək tapşırığı məhz onun dostlarına verilmişdi.Bu bəlkə də onlar üçün həyatdakı ən çətin tapşırıq idi.Birinin yoldaşı hamilə,birinin kredit borcu birinin ata-anasının müalicəsinə ehtiyac olan ağlasığmaz məbləğ.Bu kimi problemlər.Ən yaxın dostları, hətta neçə dəfə həyatını xilas etdiyi komandiri ilə Əhmədovu üz-üzə gətirəcəkdi.Bəlkə də hərbiçi üçün hər zaman ağır seçim vicdan və vəzifə arasında qalmaq olub.Elə buna görə də çox pis vəziyyətdə qalmışdılar.Amma buna baxmayaraq onlara öyrədilən bu şüarı ağıllarından çıxarmaları mümkün deyildi:-Heç bir əmr sorğu-sual olunmadan,müzakirəsiz yerinə yetirilməlidir.
Müstəntiqlər əli-qolu bağlı vəziyyətdə möcüzə gözləsələr da Əhmədov artıq iz üstünə düşüb Nəzrindən sorğu-sualla hadisəni çılpaqlığına qədər öyrənmişdi.Əhmədov üçün möcüzə deyə bir şey yox idi. O möcüzə istəyənlərə həmişə hərəkətə keçməyi məsləhət görürdü-hər zaman özünün elədiyi kimi.İlk hədəfi həkim-terapevt C.Razimov idi.Terapevtin bir gecə ad günü məclisindən çıxıb mindiyi taksi onu heç tanımadığı bir yerə gətirmişdi.
Əhmədov stolda oturub qarşısındakı əlləri,ayaqları bağlanmış,danışmaması və görməməsi üçün ağzına skoç, gözlərinə isə parça bağlanmış terapevtə baxırdı.Terapevtin arxasındakı divarda onun üstündən X işarəsi çəkilmiş şəkli var idi.Hələ bu otağa 3 nəfər də gətiriləcəkdi.Onların da şəkli vurulmuş duvarın qarışısında stol qoyulmuşdu.Əhmədov heç nəyə tələsmirdi.Hər kəsin arxayınlaşmağını gözləyirdi.İnsanın ən təhlükəsiz hiss etdiyi an onun ən xoşbəxt vaxtıdır.Ehmedov bunu çox yaxşı bilirdi...

                                               Vol 3.


Gizir Əhmədov terapevti ele bir günə salmışdı ki, o istər istəməz dostları ilə səbəbkar olduğu murdarlığı ətraflı şəkildə danışmağa məcbur olmuşdu.Terapevtin ad gunune geyindiyi bahalı köyneyi al qan içində idi..Yumruq zərbələrindən terapevtin üreyi gedir, Əhmədov isə onu ayıldıb yenidən döyürdü.Onu pis hala salmazdan əvvəl serjant Orucovla telefon zəngi yaradılmışdı..Orucov daha çox terapevtə güvəndiyi üçün onun hər köməyinə gələrdi, həmçinin Orucov da onun...Onlar həmişə bir şey ört basdır etməzdən əvvəl bir-biriylə məsləhətləşib birgə hərəkət edərdilər.Elə keçmişin yaratdığı dostluq və hörmət səbəbindən Orucov gece vaxtı terapevtin teyin etdiyi vaxtda daş karxanasına ,,gizli görüş,,-ə gəlmişdi.Əlbəttə ki, Orucovu burda terapevt yox gizir Əhmədov gözləyirdi.O karxanaya daxil olanda Razimovu görmədiyi üçün ora-bura boylanırdı.Amma onun axtarışı çox uzun çəkmədi, boynunun arxasına dəyən zərbədən huşunu itirdi...Özünə gələndə gözlərinin və ağzının bağlı olmağı onu daha da təlaşlandırdı.Çırpanmağa başlasa da arxadan bağlı olan əllərini və ayaqlarını heç cürə tərpədə bilmirdi..3-cü və 4-cü adam haqqında terapevt ətraflı məlumat verdiyi üçün Orucovu danışdırmağa lüzum belə görmədi.Terapevtdən daha çox yumruq təpik yedi Orucov.Üz-gözü partdamış və yara açılmışdı..Həkimin və Serjantın yoxa çıxması məlum olan kimi artıq hər ikisi axtarışa verilmişdi..3-cü adam Uber taksi şöferi Arif idi.Dostlarının yoxa çıxmasını Arif bu cinayətə görə bilirdi və düşünürdü ki yəqin gizlənirlər.Onun gizir Əhmədovdan zərrəcə xəbəri yox idi.Taksidə tanış olduğu bir qadınla münasibət yaşamaq üçün taksini səssiz bir yerə çəkmişdi ve şampanla bu münasibəti qeyd edirdi.O şampanın içində yuxu dərmanı olduğundan xəbərsiz idi.Qadın isə o dərman təsir etsin deyə vaxtı uzadırdı.Arif nə qədər ehtiraslansa da yuxu dərmanına qarşı dirənə bilmirdi.Göz qapaqları yavaş-yavaş enməyə başlayırdı...
Terapevt və serjant Arifə dəyən təpiyin, yumruģun səsini eşitdikçə içlərində daha da diksinirdilər..Ölseydilər bəlkə daha rahat olardı onlar üçün..Amma onlar hər gün ölüb-ölüb dirilirdilər.Gizir Əhmədov onların gözlərini açmışdı və gözləri qabağında daha da şiddətlə döyürdü Arifi.Bu 4 əclaf gizirin bacısına sıra ilə təcavüz eləmiş və ruhi sarsıntı yaşayan qızcığaza dozadan artıq morfin vurub öldürmüşdülər..3 nəfər-Terapevt, serjant və taksiçi bu dünyada cəhənnəmi yaşayırdılar..4-cü atası yüksək vəzifədə məmur olan Namiq.Heç kəsdən qorxuları idi.Onlar üçün məğlub edilməz və yaxud da imkansız deyilən bir şey yox idi.Hər şeyi, hər kəsi satın ala biləcəklərini düşünürdülər..Serjant Orucov onunla əlaqə saxlayıb bu məsələ barədə kömək etməyi xahiş eləsə də Namiqdən gözləmədiyi reaksiya onu dəhşətə gətirdi..-Bilmirəm hardasız, ama çaşıb bu məsələdə adımı hallandırarsız sizin varyoxunuzu s..... deyib telefonu üzünə söndürdü..Həmişə birlikdə yeyib içən dostların arasındakı görünməz tellər artıq bir-bir qopmağa başlamışdı..Orucovun zəngindən sonra Namiq onların yoxa çıxmasından istifadə edib polis orqanlarına cinayətin onların işlədiyini belə demişdi...

                                               Vol 4.

Namiqgilinin bağ evində bir vaxtlar Orucovun onun üçün tapdığı halal, zəhmətkeş ve əziyyətinin qarşılığı olan puldan qat-qat aşağı maaş alan bağbanın Namiqin Kia Sportage markalı maşının buferinə yerləşdirdiyi GPS sayəsində gizir Əhmədov onun hara getdiyindən xəbərdar idi..Sadəcə ən münasib vaxtı gözləyirdi-Namiqin ən arxayın vaxtını..Belə bir vaxt yetişdi.O universitetdən bir qızı maşınına mindirib Şüvəlandakı bağ evlərinə ,,istirahətə gedirdi,, Bu ev Namiqgilinin ailəvi qaldığı ev deyildi.Namiq bu evi adeten öz məqsədləri üçün istifade edirdi..Bu evdən ailənin xəbəri yox idi.O gəlməmişdən qabağ bağbana zeng edib iti 2-3 saatlığa gezdirməyə çıxarmasını tapşırmışdı və zeng etməmiş qayitmamasını bildirmişdi..
Namiqlə gələn qız həmişə divardan asılan maraqlı tablolara baxardı.İncəsənətdən heç bir anlayışı olmasa da bu tabloları maraqla seyr eliyerdi.Namiq isə həmişə duş alıb sonra eyləncəyə keçməyi seçirdi..O duşda olanda qiz onun ağzını əlləri ilə bağlayan adamı görmədən nəfəs almağa çalışanda parçada olan məhlul onu yuxuya apardı.Əhmədov qızın üzünü görəndə tanıdı.Bu serjant Orucovun bacısı idi.3-cü kursda oxuyurdu.Necə olmuşdusa Namiqin tələsinə düşmüşdü..Əhmədov duş kabinasına yaxınlaşanda Namiqin mahnı oxuduğunu eşidirdi.Namiq üzgözü sabunlu olanda birden sular kesildi..Nə qədər qızı çağırsa da hay veren olmadı ve üzünə dəyən təpik zərbəsindən səndələyib kafelin üstünə yıxıldı.Gözləri sabunlu olduğu üçün aça bilmirdi.Bir az gözləri açmağa cəhd eləsə də 2-ci yumruq zərbəsi çənəsinə gəldi, özündən getdi...
Onlar 4-ü də ayılanda birilərinə təəccüblə baxırdılar.Divarlar və döşəmə qan ləkəsi ilə iyrənc bir halda idi.Əhməd 4 nəfərlik mükəmməl bir tətik mexanizmi qurmuşdu.Hərəsinin əlinə bir silah bağlayıb digərinə hədəf aldırmışdı.Silah olmayan əllərində isə çeki daşları var idi..həmin çəki daşları tikanlı məftillə bağli idi onlar bu meftili sıxır və onun aşağı düşüb tətiyi çəkməməsini təmin etməyə çalışırdılar..Amma teli sıxdıqca bu tikanlar onların əllərinə batırdı..Birinin çəkini salması sıra ilə hamsının ölümünə səbəb olacaqdı.Çünki biri çekini buraxanda elindeki tetik açılacaq ve digeri ölecekdi ve ölən də çəkini iradesiz buraxacağı üçün sonuncu adam ölənə kimi bu davam edəcəkdi..
Əhmədov onların etdiyi cinayetləri öz ağızlarından video kameraya yazmışdı.Dostların bir-birinə xəyanətini də üzlərinə vurmuşdu.Serjantın Razimovun arvadı ilə eşq yaşaması, serjantın bacısının isə Namiqin əyləncəsinə çevrilməsini bu otaqdakı hər kəs bilirdi.Əvvəllər can deyib, can eşidən dostlar indi bir birinə nifrətlə baxırdılar..Əhmədov onlara əgər polislər bura gələnə dözərlərsə xilas olacaqdılar.Amma o günah dəhlizindəki insanlar heç biri polislərin gəlib onları xilas etməsini istəmirdilər.Əhmədov onlara elə bir psixoloji basqı göstərmişdi ki..O otaqı bağlıyıb karidornan çıxışa gedəndə bir-birinin ardinca 4 silah səsi esitdi..İlk çəki daşını buraxan terapevt idi.
Əhmədovun sayəsində onların neçə cinayətlərinin üstü açılmış, neçə insan həbsə göndərilmiş, neçəsi vəzifəsindən məhrum edilmişdı.Əhmədov isə elədiklərindən ötrü ömürlük həbsə məhkum edilmişdi.Hər kəsə cəza kimi görünən bu həbs əslində yeni bir gizli türmə əməliyyatının başlaması idi...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+27=
Hesaba giriş
Müəllif

AğaPaşa
Haqqında
agapasha.wordpress.com mənim blog səhifəmdir.
Əlaqə
E-mail:
aga.ismailoff@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0261 saniye