''Günahdır Qadın olmaq"
Çünki hər kəsin sahib olmaq istədiyi bir bədənin var.
Qorumağa məcbur olduğun namusun, sevməyə məcbur olduğun adətlərin var..
Adam kimi adam deyər hamı, amma qadın kimi qadın deyən olmaz, məsələn... əladı, "bomba"dı deyərlər tanımadan, bilmədən.
Soyuq olmalıdır hər zaman qadın, hissiyatsız görünməlidir, hər zaman baxımlı olmalıdır, amma diqqət çəksə, qəbahətdir...
Hər kəsin yanında yerini bilməlidir.
Sevsə, pis baxarlar, gülsə, pis baxarlar, əldə edə bilsələr, adi biri olarsan, əldə edə bilmədiklərində dedi-qodu mövzuları olarsan, qaralamağa başlayarlar...
Susarsan, cahildir deyərlər, susmasan, dili uzun, həyasız deyərlər.
Kişi olmaq müsbət, qadın olmaq mənfidir.
Qadın hər zaman 1-0 geridədir...
Bir şey bilməz, başı heçnədən çıxmaz... döyülməlidir ki, sözdən çıxmasın, qadın...
Halbuki kişilərdir qadınları susmağa məcbur edən, danışmaq istədiklərində ağızlarının üstünə şillə vuran... kişilərdir namusu ətək altında qoruyan, ətək boyu ilə ölçən.
Kişilərdir bir mələyi şeytana çevirən...
Qadını itirmək istəməz və onu ikinci planda tutar və digər qadına çata bilməsə, əlinin altındaki ilə idarə edər...
Qadın qarışıq kimi görünər, amma istədiyi üç şey var:
Sevgi
Sədaqət
Ailə...